GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 67 müəllimi işdən qovan direktoru hansı cəza gözləyir? - Qaralova ətrafında gərginlik artır

67 müəllimi işdən qovan direktoru hansı cəza gözləyir? - Qaralova ətrafında gərginlik artır

Tarix: 20-10-2021, 14:20 Bölmə :Cəmiyyət Baxış: 522

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.


Müəllimlərin işdən çıxarılması ilə bağlı qərarı Kollecin direktoru Nərmin Qaralova verib. Daha doğrusu müəllimlərə məcbur edib ki, bir illik müqavilə bağlasınlar. Buna razı olmayan müəllimləri isə auditoriyaya buraxmayıb.
Direktor bildirib ki, məsələdən Təhsil Nazirliyinin də xəbəri var və Emin Əmrullayevin tövsiyəsi ilə bu addımı atıb.
İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildirirlər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a deyib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması istənilən halda təhsilimizə baş ucalığı gətirən olay deyil:
“Məsələnin mənəvi tərəfi nə qədər qeyri-humanist xarakterli olsa belə, məsələ Qanunvericilik çərçivəsində hüquqi müstəvidə həll olunmalı və əmək qanunvericiliyi ilə əlaqədar hər hansı bir pozuntuya yol verilibsə günahkar cəzalandırılmalı, ədalət bərpa olunmalıdır. Bununla bağlı nazirin adının hallandırılması isə heç bir elementar etik normalara sıxmır. Təhsil praktikasında belə kütləvi xarakterli qərarla birinci dəfədir ki, rastlaşıram və təhsil müəssisəsində belə bir halın baş verdiyinə təəssüflənirəm”.
Hüquqşünas Tərlan Quliyev Bakupost.az -a açıqlamasında bildirib ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, peşəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər.
T.Quliyevin sözlərinə görə, Azərbaycan Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallar öz əksini tapıb:

“Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər, əmək qabiliyyətini müvəqqəti itirən işçilər, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işdən azad edilməsi, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işçinin işdən azad edilməsi, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərdir. Əmək Məcəlləsinin yuxarıda qeyd edilən norması həmçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin işəgötürən tərəfindən ləğv edilməsini qadağan edir”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin mətbuat xidmətinin rəhbəri Tehran Aslanlı Bakupost.az -a deyib ki, artıq müəllimlərin bir qismi işə qaytarılıb: “Bunlar sənədləri qaydasında olan müəllimlərdir. Hazırda bu müəllimlər kollecdə tədris prosesinə cəlb olunub”.
T.Aslanlı qeyd edib ki, işdən kənarlaşdırılan müəllimlərin bir qismi peşə ixtisası məktəblərini bitiriblər. Bu səbəbdən də onların Kollecdə işləmələri doğru deyil:
“Müəllimlərin bir neçəsi yol verdikləri nöqsan və qanunsuzluqlara görə Kollecdən uzaqlaşdırılıb. Qeyd edim ki, təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Kollecdən kənarlaşdırılan müəllimlərin sayı 67 nəfər deyil, azdır. Rəqəmlər şişirdilib. Yaxın günlərdə Kollecin direktoru Nərmin Qaralova işdən çıxarılan müəllimlərin sayı və onların işdən kənarlaşdırılma səbəbləri barədə ictimaiyyətə ətraflı məlumat verəcək”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı daha bir məlumat yayıldı – “FƏRƏH ƏLİEYANIN ADAMIYAM” (VİDEO)

    Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” ...

    18-10-2021, 13:41

  • 
  • Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video

    Humanitar Kollecin Direktoru "COVİD-19" ...

    27-03-2021, 16:09

  • 
  • Deputatın qardaşı ittiham olunur... - Nazirin nəzərinə...

    Deputatın qardaşı ittiham olunur... - Nazirin ...

    12-02-2021, 15:44

  • 
  • Azərbaycanda 3 kollecin statusu dəyişdirilib

    Azərbaycanda 3 kollecin statusu dəyişdirilib ...

    21-08-2015, 11:03

  • 
  • Şagirdi döyən müəllim işdən qovuldu

    Şagirdi döyən müəllim işdən qovuldu ...

    14-01-2016, 17:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu