Gundemxeber.az » Ölkə » Cəmiyyət » BAŞ PROKURORLUQ MÜRACİƏTLƏRƏ QADAĞA QOYUB - 161 “qaynar xətti” şikayəti qeydə almır, pullu 961 “çağrı mərkəzi” susur
Bu gün – 21 oktyabr 2021-ci ildə saat 12-30 radələrində baş prokurorluğun 161”qaynar xətt”nə Xətai rayon məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli qətnamələrinin 13-cü və 11-ci ildir icra olunmamasından, əksinə, borclular Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ), Nizami RİH (MKTB ) və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil dəstə şəklində dövlətin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi Bəhruz Nuriyev - 10A ünvanındakı otaqları saxta şəhadətnamə ilə ələ keçirib sahibkarlıq, əmlak hüququna qadağa qoymasından şikayətimi özünü təqdim etməkdən imtina edən növbətçi prokuror 13 dəqiqəlik çənə - boğazdan sonra imtina etdi və dəstəyi xəbərdarlıq etmədən asdı.
Bundan sonra yenidən 161 – i yığsam da, bir saatdan çoxdur dəstəyi qaldırmaqdan vaz keçildiyindən 961 “çağrı mərkəzinə zəng etmək zorunda qaldım. Heç demə, çağrı mərkəzi pullu xidmət göstərirmiş. 17 dəqiqəlik gözləmədən sonra dəstəyi götürən olmadı, amma 0.72 manatım silindi. Əcəb xidmətdir, saatlarla telefon dəstəyini götürmə, amma danışıq haqqı ödə ! (?) Baş prokurorluğa elektron qaydada müraciət etmək istəyəndə, isə məlum oldu ki, baş prokurorun özü də içində olmaqla, heç bir struktur bölməsinə ingiliscə “özəl təhlükəsizlik olmaması” adı ilə giriş qadağan edilib. 4929703 bağlantı nömrəsi, eləcə də 4925540 və 4920138 stasionar nömrələri də “işləmədi”. İndi Azərbaycan vətəndaşının korrupsiyadan, qanunsuz müdaxilələrdən necə “peşəkarlıqla” qorunduğunu göz önünə gətirin.
Görəsən, baş prokurorluq kimdən və niyə qorunur ki, vətəndaş müraciətlərinə qadağa qoyub? Bəlkə telefonla Covid 19 virusunun keçmə təhlükəsi var? Ağlabatan versiya deyil. Bircə versiya qalır: prokurorluq orqanları özləri “korrupsiya virusu”na yoluxub. Özü də çoxdan. Bu virusdan müalicə olunmaq isə məhbəs palatalarında mümkündür.
Məğrur BƏDƏLSOY
P.S. Yazı tamamlandı, amma hələ də saat yarımdır baş prokurorluğun 161 “qaynar xətti” dəstəyi qaldırmır.
2-02-2017, 20:26
11-09-2021, 10:46
16-12-2020, 15:43
19-08-2020, 10:35
1-08-2013, 18:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?