GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » XARİCDƏN SƏRFƏLİ ALIŞ-VERİŞ, AMMA... - Azərbaycanda elektron ticarət niyə axsayır?

XARİCDƏN SƏRFƏLİ ALIŞ-VERİŞ, AMMA... - Azərbaycanda elektron ticarət niyə axsayır?

Tarix: 22-10-2021, 11:23 Bölmə :Cəmiyyət Baxış: 295


Azərbaycanda elektron ticarət vasitəsi ilə alış-veriş edənlərin sayı kəskin artıb. Vətəndaşlar xarici ölkələrin, əsasən Türkiyənin onlayn ticarət mağazalarından istifadə edirlər. İnsanların bu ticarətə maraq göstərməsinin müxtəlif səbəbləri var. Xaricdən gətirilən məhsulun qiymətinin ucuz olması, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğudur.

Statatistikaya görə, 2021-ci ilin ilk yeddi ayında əhali elektron ticarət portallarında 2 milyard 773 milyon manatlıq ödəniş həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz artım deməkdir.

Azərbaycanda daha çox xarici firmaların istehsalı olan geyim məhsularına maraq var. Səbəb ölkədə geyim istehsalının zəif inkşafı və qiymətlərinin baha olmasıdır.

Paytaxtdakı bəzi geyim mağazalarında apardığımız müşahidələr zamanı aydın oldu ki, məhsullar maya dəyərindən 2-3 dəfə baha satılır. Məsələn, şəhərdə 100 manatlıq alış-veriş edib alcağınız məhsulu, internet vasitəsilə 2-3 dəfə daha ucuz əldə etmək mümkündür.

Sifarişlərin daha çox Türkiyə mağazalarından edildiyini nəzərə alsaq, türk lirəsinin son dönəmdə ucuzlaşması da məhsullarında qiymətini xeyli aşağı salıb.

Hazırda Azərbaycanda 200-dən çox karqo şirkəti fəaliyyət göstərir. Onlar Amerika, Çin, Türkiyə, Rusiya və Avropa ölkələrdən çatdırılma, daşıma xidməti həyata keçirirlər. Karqo şirkətlərinin ən çox ticarət əməliyyatı apardığı ölkə isə Türkiyə firmalarıdır.


Ölkədə daha populyar olan karqo şirkətləri bunlardır: “Camex”, “Mover”, “StarExpress”, “Azex”, "Limak", "Vipex.az", "Cargoline", "ASSU", "Sunex", "Buta Express", "Expargo", "KargoFly", "Glob", "Ocaq Express", "Dynamex", "Morex","Colibri" və s. Bu şirkətlər arasında çatdırılma qiymətlərində elə də ciddi fərqlər yoxdur.

Alıcıların ödəyəcəyi məbləğ məhsulun çəkisinə uyğun hesablanır. Şirkətlərn təyin etdikləri qiymətlər ortalama olaraq, 750 qram -1 kiloqram ağırlığında sifariş üçün 3-6 dollar təşkil edir.

Alıcılar karqo şirkətlərini seçərkən, daha çox məhsulun çatdırılma müddətinə diqqət edirlər. Amma bəzi karqo şirkətləri məhsulu 5 iş günü ərzində çatdıracağını vəd etsələr də, çox vaxt bu proses 2 həftəyə qədər yubanır.

Məlumat üçün qeyd edək ki, xarici ölkələrdə bu xidmət üçün müştərilərdən cüzi miqdarda ödəniş tələb olunur. Məsələn, Rusiyada bir kiloqramlıq məhsul sifarişinə bir dollar ödənilir.

Son vaxtlar sosial şəbəkələrdə belə şirkətlərlə bağlı şikayətlərin sayının artdığı müşahidə olunur. Vətəndaşlar sifariş olunan məhsulun çox gec, bəzi hallarda isə ümumiyyətlə gətirilmədiyini bildirirlər.

Paytaxta sakini Nurlan Heydərli deyir ki, uzun müddətdir xarici mağazalardan alış-veriş edir. Onun sözlərinə görə, buna səbəb ölkədəki qiymətlərin əlçatan olmamasıdır.

Məmməd Hüseynov isə bildirir ki, əvvəllər "Safexpress" şirkətindən istifadə etsə də hazırda bu şirkət onu qane etmir: "Belə şirkətlər bir müddət yaxşı işləyərək, müştəri topladıqdan sonra əvvəlki keyfiyyətli xidməti göstərmirlər. Ona görə də insanlar tez-tez fərqli karqo şirkətləri ilə əməkdaşlıq edirlər".

Oruc Qurbanov isə bildrir ki, "Mover.az"-la əməkdaşlıq zamanı məhsulun ödənişini əvvəlcədən etsə də, 1 aydan artıqdır ki, bağlamasını ala bilmir. O.Qurbanov problemlə bağlı adıçəkilən şirkətdən heç bir cavab ala bilmədiyini deyir.

Jalə İbrahimova hesab edir ki, belə problemlərin yaranmasına səbəb, şirkətlərin işçi sayının az olmasıdır: "Ümumiyyətlə heç bir şirkətdə müştəri məmnuniyyəti və servis xidməti qənaətbəxş deyil".


"Mover.az"-ın əməkdaşı Vüsalə Dərziyeva problemlə baglı "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirib ki, məhsulun çatdırlması zamanı yaşanan çətinliklərin bir çox səbəbi ola bilər: "Məsələn, müştəri sifariş zamanı öz şəxsi məlumatlarını, müştəri kodunu, ad - soyadını düzgün daxil etmədikdə bağlamanı sistemə daxil edə bilmirik. Yaxud, satıcı firma ünvanı natamam qeyd etdiyindən bağlamanın müştəriyə aid edilməsi təyin edilə bilmirik. Gecikmələr isə avareyslərin təxirə salınması, gömrük rəsmiləşdirilməsinin uzun çəkməsi, yaxud şirkətin ortaya çıxan başqa problemləri ilə bağlıdır”.

Xatırladaq ki, 20 sentyabr 2020-ci il tarixindən xarici alış-veriş mağazalarından olunan sifarişlərin limiti azaldılıb. Həmin məbləğ 1000 dollardan 300 dollara endirilib. Belə ki, fiziki şəxslər ay ərzində həmin limiti keçərlərsə, gömrük orqanlarına rüsum və əlavə dəyər vergisi ödəməlidirlər.

Bu ticarətdə ən önəmli məqam isə bəyannamənin təsdiq edilməsidir. Qeyd edək ki, 1 yanvar 2021-ci il tarixindən, xarici anbar statusu alan bağlamalar üçün "Smart Customs" tətbiqində hər bir alıcı bağlamasını şəxsən özü bəyan etməlidir.

İqtisadçı ekspert Pərviz Heydərov "AzPolitika.info" ya bildirdi ki, son zamanlar ölkədə elektron ticarətə marağın artması qeyri-nağd ödənişlərlə bağlı təşkilati işləri sürətləndirib. 



Ekspert düşünür ki, marağın artmasına səbəb pandemiya şəraitinin yaratdığı yeni reallıqlardır. İnsanlar evdən çıxmadan internet vasitəsi ilə rahat alış-veriş edə bilirdilər: "Bu vəziyyət Azərbaycanda e-ticarət mədəniyyətinin formalaşmasına böyük təsir göstərdi".

Ekspert qeyd edir ki, dövlət əhalinin elektron ticarətə marağını nəzərə alıb, bu sahədə daha çox addım atmalıdır. Ümumiyyətlə ticarətdə elektron vasitələrdən istifadəni asanlaşdırmaq üçün kompleks xarakterli addımlar atılmalıdır.

Elvin Bəyməmmədli


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  •  “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə alış-veriş edir, xəbərin var?” - Erməni “müşavir”

     “Paşinyan, Azərbaycan əsgəri Xankəndidə ...

    4-12-2020, 13:21

  • 
  • Erməni hərbi ekspert: "Azərbaycanlı hərbçilər Xankəndi marketlərindən alış-veriş edirlər"

    Erməni hərbi ekspert: "Azərbaycanlı ...

    4-12-2020, 22:13

  • 
  • Azərbaycanda benzin və dizel satışları artıb

    Azərbaycanda benzin və dizel satışları artıb ...

    18-08-2021, 10:39

  • 
  • Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib – 9,6 milyard manat

    Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox ...

    2-01-2019, 14:41

  • 
  • İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi mağazalar şəbəkəsinin dövriyyəsini azaldacaq...

    İslam bankçılığı üzrə faizsiz alış-veriş, ənənəvi ...

    1-10-2014, 10:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu