GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "VƏTƏN FƏDAİLƏRİ " NAXÇIVAN ŞƏHİDLƏRİ KİTABININ TƏQDİMAT MƏRASİMİ (FOTOLAR)

"VƏTƏN FƏDAİLƏRİ " NAXÇIVAN ŞƏHİDLƏRİ KİTABININ TƏQDİMAT MƏRASİMİ (FOTOLAR)

Tarix: 23-10-2021, 19:37 Bölmə :Cəmiyyət Baxış: 735


Qanları ilə vətən torpağına qəhrəmanlıq dastanı həkk edən şəhidlərimizin qəhrəmanlıqlarını kitablardan oxuyuruq. Həmin kitablardan daha biri ərsəyə gəldi.

Şairə, publisist Manya Səxavətqızı şəhidlərimizə həsr etdiyi növbəti bir layihəsi olan "Vətən Fədailəri" layihəsinin ilk cildi "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabını ərsəyə gətirərək şəhidlərimizin adını tarixə həkk etdi. 22 oktyabrda Müdafiə Nazirliyinin göstərişi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində kitabın təqdimatı keçirilib. Təqdimatda Naxçıvandan olan çoxsaylı ailələrlə yanaşı Bakıda yaşayan şəhid ailələri də iştirak ediblər. 


Eyni zamanda Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir çox dövlət nümayəndəliyi tədbirdə iştirak ediblər. Tədbirin ilk dəqiqəsində şəhidlərimiz birdəqiqəlik sükutla anılıb və ardınca dövlət himnimiz səsləndirilib. Tədbirin aparıcısı Kamran Yaradanquliyev ilk olaraq çıxış üçün sözü polkovnik Elşad Əbilova verib. Elşad Əbilov 44 günlük zəfər tariximizdə qəhrəmanlarımızın göstərdiyi şücaətlərdən söhbət açıb və qəhrəmanlarımızın adlarının tarixə həkk olunmasını yüksək qiymətləndirib. 


Layihənin müəllifi şairə, publisist Manya Səxavətqızı öz duyğularını qonaqlarla bölüşüb. Aylarla üzərində çalışdığı kitabın ərsəyə gəlməyindən söhbət açan Manya xanım kitabda zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib. Naxçıvandan olan 155 şəhidin şərəfli ömür və döyüş yollarından bəhs olunan kitabda ayrıca hər şəhidə ithaf olunmuş bir şeir də yer alıb. Aylarla üzərində çalışılan, hər bir şəhidin həyatı hiss edilərək yazılan "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabı ailələrin təsəllisi olub.


Layihənin ərsəyə gəlməsində bilvasitə rolu olan qazi Əbdül Məmmədovun oğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov da öz çıxışında şəhidlərin yüksək məqamından söz açıb. Ərsəyə gələn kitab barəsində ətraflı məlumat verib.


Kitabın maliyyə dəstəkçisi Bəhruz Məmmədov da şəhidlərin adlarının əbədiləşdirilməsi üçün atılan bütün addımlarda əlindən gələn köməyi heç zaman əsirgəməyəcəyini və belə bir layihədə yer aldığı üçün qürur hissi keçirdiyini deyib. 

 Millət Vəkili Aydın Hüseynov öz çıxışında atılan addımın önəmindən, şəhidlərin müqəddəsliyindən söhbət açıb. 


Şəhid adlarının yaşaması üçün hər zaman böyük addımlar atan, 2 dəfə Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi kitabın təqdimatını keçirən Nərimanov Rayon İcra hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da bir azərbaycanlı, bir naxçıvanlı kimi çıxış edərək fikirlərini bölüşdü. 

     Dəyərli ilahiyyatçılarımız Hacı Şahin müəllim və Hacı Ramil Bədəlov dəyərli kəlamları ilə şəhidliyin anlamını izah edərək şəhid ailələrinin dərdlərinə təsəlli olublar. Onlar da şəhidlərimizin ömür yollarının kitablarda həkk olunmasının vacibliyini vurğulayıblar. 


Dəyərli şəhid ataları, anaları, qardaşları, bacıları, yoldaşları "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabının təqdimatında şəhid adlarının əbədiyaşarlığını görərək təsəlli alıblar.

Şəhid atası Mayis Gülməmmədov , Əsəd Ələkbərov Elman Məmmədov bir şəhid atası olaraq "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabının ərsəyə gəlməyində çəkilən zəhməti yüksək qiymətləndirərək, belə addımlardan təsəlli aldıqlarını dilə gətiriblər. 


Şəhid anaları Gülşad ana, Rəna ana öz çıxışlarında övladları qurban olan vətəndə şəhid adının yaşadılmasından təsəlli aldıqlarını vurğulayaraq atılan addımı yüksək qiymətləndiriblər. 

Şəhid qardaşları Elyar Vəliyev, Toğrul Məmmədov kitab haqqında və tədbir haqqında təəssüratlarını bölüşübər.

Vətənə əzasını qurban verən şəhadətin bir addımlığından dönən qazi Ülvi Qədir çıxış edərək atılan addımın önəmini vurğulayıb. 

Bundan başqa Vətən müharibəsinin daha bir qazisi Əfsələddin bəy və digər hərbiçilər öz iştirakları ilə şəhidlərimizə olan ehtiramlarını göstəriblər. 

Naxçıvan Ali məhkəsinin sədr müavini Fərman müəllim də tədbirdə iştirak edib. 

 Şairə, publisist Nəcibə İlkin öz şeiri ilə şəhid dərdlilərin şəhid adlı yarasına məlhəm olub.

Şəhidlərimizin adlarını öz nəğmələri ilə yaşadan Ruslan Səfəroğlu da həmin gün tədbir iştirakçılarının yanında oldu.

Üç saata yaxın davam edən "Vətən Fədailəri" Naxçıvan şəhidləri adlı kitabın təqdimat mərasimində vətənpərvər ruhlu musiqilərə də yer verilib. 

Sonda "Vətən Fədailəri" Naxçıvan şəhidləri kitabı ailələrə təqdim olunaraq xatirə şəkili çəkdirilib.


GÜNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Vətən Fədailəri" Naxçıvan şəhidləri

    "Vətən Fədailəri" Naxçıvan şəhidləri ...

    13-09-2021, 16:01

  • 
  • Moskvada 20 Yanvar şəhidləri anılıb

    Moskvada 20 Yanvar şəhidləri anılıb ...

    20-01-2016, 21:17

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48

  • 
  • Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI

    Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI ...

    14-06-2021, 13:49

  • 
  • Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib

    Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli ...

    19-06-2021, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu