Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb. gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hər il olduğu kimi bu ildə səfirliyə gələn rəsmi qonaqlar Heydər Əliyevin xatirəsinə ucaldılmış barelyefin qarşısına əklil qoyaraq Azərbaycan xalqına başsağlığı veriblər.
Səfirliyin foyesində faciə qurbanlarının adlarını əks etdirən tablo nümayiş olunub. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında ingilis və rus dillərində məlumat verilib.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu "Bu kütləvi cinayətin səbəbkarı əlbəttə ki, sovet rəhbərliyi və onun əmrini icra edən sovet ordusu idi. Faciənin qurbanları isə Azərbaycan xalqı ilə bərabər Bakıda yaşayan digər xalqlar olub. Tanınmış dövlət xadimlərindən Sovet İttifaqının rəhbərliyini törətdiyi cinayətə görə ittiham edənsə, ilk dəfə ümummilli lider Heydər Əliyev olub. O, səfirliyin binasındakı öz cəsarətli çıxışı ilə Azərbaycan xalqının yaddaşında qalıb".
Gün ərzində Rusiyada yaşayan azərbaycanlılar, Moskva sakinləri səfirlik binası önünə gələrək 20 Yanvar faciəsini şəhidlərinin xatirəsini yad edib, səfirliyin binası qarşısına gül dəstələri qoyublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?