"Şəhid olan mayor Rəhim Hüseynov oğlu çox ağır vəziyyətdə daxili qanaxmayla bizə çatdırılmışdı". Gundemxeber.az bildirir ki, bu barədə Lent.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib. Bildirilib ki, Erkən Yaşlı uşaqların cərrahiyyə şöbəsində yüksək ixtisaslı, təcrübəli, peşəkar həkimlər tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərildikdən sonra vəziyyəti daha da yaxşılaşıb: "Şöbədə bir neçə gün müalicəsi davam etdikdən sonra Şəhidin bizlərə əmanət qoyduğu övladını sağ salamat evə yola saldıq". Xatırladaq ki, oktyabrın 21-də Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedərkən, qəza törətmiş və bunun nəticəsində vəfat etmişdi. Qəza zamanı şəhidin oğlu isə ağır yaralanmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?