Dekabrın 8-i saat 18 radələrində Kürdəmir rayonu ərazisində rayon sakini Rəhim Sadiqazadə idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə yolu keçən həmyerlisi Şükufə Hümmətovanı vurub. Daxili İşlər Nazirliyinin saytına istinadən məlumata görə, piyada hadisə yerində ölüb.
Lent.az-ın məlumatına görə, hadisəni törədən R.Sadiqzadənin 16 yaşı var. O, Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadiqzadənin oğludur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?