Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb.
Bu barədə Oxu.Az-a F.Ağayev özü məlumat verib.
O bildirib ki, dövlət hesabına müalicələri davam etdirilir:
"Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub:
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib.
Agentlik tərəfindən bu sənədlər əsasında və əyani müayinə aparılmaqla, Fariz Ağayevin əlilliyi qiymətləndirilib və ona 3-cü dərəcə əlillik təyinatı aparılıb. Bununla əlaqədar ona müvafiq sosial ödənişlər də təyin olunub”.
Qeyd edək ki, bir müddət əvvəl qazi sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?