Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov bildirib ki, Ata Abdullayevin səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. Ata Abdullayevin videobloger səhifəsində işləmişəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm". Telefon satışı ilə məşğul olan Azər Abbasov bildirib ki, Ata Abdullayev onlardan tez-tez telefon alıb: "Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı". Prosesdə şahid qismində ifadə verən Elgiz Əliyev isə deyib ki, zərərçəkən Elmar Əliyevlə yaxın dost olublar: "Dostlarımız dedi ki, Ata Abdullayev Elmarla bağlı nəsə paylaşır. Mən Elmarla danışdım, dedi ki, Ata onun haqqında videolar hazırlayıb şantaj edir". Şahid qeyd edib ki, Elmar Ata Abdullayevin şantajlarından qorxduğu üçün telefon alıb: "Elmar dedi ki, telefon alandan sonra onun haqqında heç nə yazılmayıb". Ata Abdullayev şahid Elgiz Əliyevdən dostu haqqında videoya baxıb-baxmadığını soruşduqda, şahid bildirib ki, video ona maraqlı olmadığından baxmayıb". Ata Abdullayev şahidin çıxışına etiraz edib və onu mahiyyəti üzrə sualla cavab verməsini tələb edib. Məhkəmənin növbəti baxış iclası noyabrın 16-na təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?