"Ata Abdullayevin həbsi başlanğıcdır. Hesab edirəm ki, növbə digər təlxəklərə də çatacaq".
Gundemxeber.az xəbər verir ki, bu fikirlər jurnalist Zülfüqar Xeyirxəbərova aiddir.
O, Ramiz Mehdiyev və komandası vurulduqdan sonra onların "media"sına himayədarlıq edən məmurun olduğunu deyib:
”Dövlətin milyonlarını Ata Abdullayev kimi təlxəklərə və xarici dövlətlərin kəşfiyyat orqanlarının agentlərinə yedirir. Məncə az qalıb. Çox az, növbə onlara da çatacaq”.
Jurnalistin sözlərinə görə, məmur şantajı bir bəhanədir:
"Ata Abdullayev son zamanlar Ramiz Mehdiyevin satqın, riyakar "müxalifət"nin reytinqinə işləyirdi. İstənilən cəbhədə revanş mümkün deyil. Bunu Paşinyan anlayıb, amma qocanın komandası hələ də öz havasındadır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?