GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bir ildir ANTİTERROR ƏMƏLİYYATI deyib... BAĞIRIRIQ! - Başqa yolu YOXDUR!

Bir ildir ANTİTERROR ƏMƏLİYYATI deyib... BAĞIRIRIQ! - Başqa yolu YOXDUR!

Tarix: 11-11-2021, 10:25 Bölmə :Cəmiyyət Baxış: 297


Ermənistan mətbuatında ölkənin müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb. Sözügedən səfərin noyabrın 6-da baş tutduğu iddia olunur. Onun Qarabağda “döyüş mövqelərini” ziyarət etdiyi, “mövqelərin gücləndirilməsi” ilə tanış olduğu bildirilir. Bundan başqa, ermənilər 8 noyabr günü Şuşa ətrafında təxribat törətmək istəyib. Su xəttinin təmiri adı ilə Şuşa-Xankəndi yolunda diversiya qrupu olub. Həmin gün Azərbaycan Prezidenti daxil olmaqla, ölkə rəhbərliyinə daxil olan xeyli şəxs Şuşada tədbirdə idi. Azərbaycan XİN xatırladıb ki, həmin yerdə ermənilər hansısa təmir işi görməzdən öncə ərazidə keşik çəkən Rusiya sülhməramlılarına xəbər verməliydilər. Ermənistanın bir başqa təxribatı isə Kəlbəcərdə olub. Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bu təxribatlar üçtərəfli bəyanatın imzalanmasının ildönümü ərəfəsində baş verib. Azərbaycan vaxtaşırı üzləşdiyi bu təxribatlara nə qədər dözümlü yanaşacaq? Düzdür, həm hərbi, həm siyasi-diplomatik vasitələrlə düşmənin təxribatlarına cavab verilir. Fəqət bunlar ermənidir, dinc dayanmaları yoxdur. Sülhə ciddi təhdid olan bu cür təxribatların birdəfəlik dayanması üçün nə edilməlidir?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran politoloq Elxan Şahinoğlu bildirdi ki, Şuşa və Kəlbəcərdəki son təxribatları Moskvada növbəti bəyanatın imzalanmasının yubadılması məqsədi daşıyır. Çünki Moskva da istəyir ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar başlasın, dəhliz açılsın: “Amma Ermənistan hələ ki, müqavimət göstərir. Ola bilsin ki təxribat bununla bağlıdır. Vəziyyət gərginləşsin və belə bir vəziyyətdə əlbəttə ki, görüşün keçirilməsi də mümkün deyil. Başqa bir variant da o ola bilər ki, Ermənistan hakimiyyətinə qarşı müxalif olan Qarabağ klanı da təxribat törədə bilərdi. 8 noyabrda İrəvanda mitinq keçirdilər və Qarabağdakı separatçılar arasında onların tərəfdarları çoxdur. Onlar da bu təxribata şərait yarada bilərlər ki, Paşinyanın problemlərini daha da artırsınlar. Lakin Ermənistanın çıxış yolu yoxdur, təxribatlar törədirlər və biz onların cavabını veririk. Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında konkret göstərdi ki, əgər Ermənistan müdafiə naziri yenə də Azərbaycan ərazisinə qanunsuz daxil olarsa, müvafiq tədbirlər görəcəyik. Bu o deməkdir ki, bölgədə gərginlik arta bilər. Azərbaycan antiterror əməliyyatı da həyata keçirə bilər ki, bu, Ermənistanım maraqlarına uyğun deyil. Amma erməni separatçıları Paşinyanın mövqeyini zəiflətmək üçün istənilən təxribatdan istifadə edə bilərlər”.

Politoloqun sözlərinə görə, Azərbaycan 8 noyabrda Zəfər bayramını qeyd edirdi və bu həm də bizim bayrama kölgə salmaq üçün idi: “Buna görə onlar Şuşada bu təxribatı törətdilər. Ermənistanın müdafiə naziri də məhz həmin tarixlərdə Qarabağa gəlməklə güya göstərmək istədi ki, Ermənistan separatçıları tək qoymayacaq. Təxribatlar külliyyat halını alıb. Ona görə biz bu məsələləri həm də Rusiya ilə danışmalıyıq. Əgər Rusiya erməni təxribatlarının qarşısını almayacaqsa, biz özümüz almaq məcburiyyətində qalacağıq. Bütün hallarda düşünürəm ki, ilin sonuna qədər yəqin ki, liderlərin hansısa formada müzakirəsi olacaq. Çünki Moskva da bunu istəyir. Bu müzakirədə iki əsas məsələ diqqət mərkəzində olacaq - dəhlizinin açılması və sərhədlərin müəyyənləşdirilməsi. Bunlarla bağlı danışıqlara başlanması gözlənilir. Paşinyan özü də məsələləri ləngitməyə çalışır, çünki Qarabağ klanından çəkinir, qorxur. Amma artıq verdiyi açıqlamalarda erməni cəmiyyətinə həzm elətdirməyə çalışır ki, həm sərhədlər müəyyənləşməlidir, həm də dəhliz olmasa, nəqliyyat xətləri açılmalıdır. Köçəryan isə buna qarşı İrəvandakı mitinqdə dedi ki, Ermənistan-Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıması demək olacaq. Laçın dəhlizi nəzarətə götürüləcək. Bəli, bu o deməkdir, Köçəryan bu məsələdə haqlıdır və biz bu məsələni tezləşdirməyə çalışmalıyıq”.

Deputat Fazil Mustafa da bildirir ki, Ermənistanın son vaxtlar çox kəskin şəkildə bəyanatın ruhuna qarşı davranması, əslində yeni bir zərbə gözləməsinə gətirib çıxaracaq: “Azərbaycan tərəfi də bu zərbəyə hazırlaşmalıdır. Çünki Ermənistan müdafiə nazirinin tərbiyəsizlik edərək Qarabağa Azərbaycanın izni olmadan gəlməsi, eyni zamanda Ermənistan rəsmilərinin də bölgəyə gəlişi və Azərbaycan qanunlarını heçə sayaraq addımlar atması, eyni zamanda Kəlbəcərdə də bizim yol çəkənlərə qarşı törədilən silahlı təxribat, üst-üstə gələndə əslində Ermənistanın əlacsız vəziyyətdə bu kiçik təxribatlarla gündəm dəyişməyə çalışdığını göstərir. Bu da təbii ki, bizim tərəfimizdən qəbul olunan addım deyil. Rusiya sülhməramlılarının da bu məsələdə susqun mövqe göstərməsi əslində onların da fəaliyyətinin bizim tərəfimizdən təftiş edilməsinə əsas verir. Çünki onlar da hər hansı şəkildə bu prosesə mane olmurlarsa, deməli, bu prosesin həm də maraqlı tərəfi kimi görünməyə başlayırlar. Ümid edirik ki, belə deyil. Çünki onlar da məsuliyyəti anlayırlar ki, bu bölgədə Azərbaycanın iradəsinə zidd fəaliyyətlərə rəvac vermək yol verilən hal deyil. Biz buna qarşı sərt tədbirlərimizi görəcəyik. Ona görə də, mənim fikrimcə, Azərbaycan antiterror əməliyyatlarını gerçəkləşdirməlidir və bu təxribatlara qarşı addımlar atmalıdır. Xüsusilə də Şuşa ətrafında onların belə bir təxribatları olub və bu istiqamətdə də Azərbaycan tərəfi sərt mövqe sərgiləməlidir. Buna bizim kifayət qədər resurslarımız var”.

F.Mustafanın fikrincə, bilavasitə Ağdamda olan monitorinq qrupunun fəaliyyəti də müzakirə olunmalıdır: “Burada bizim Türkiyədən olan hərbçilərimizin də daha aktiv olmasına ehtiyac var. Biz bir yerdə bu prosesi ən azı Azərbaycanın maraqlarına uyğun olan səviyyədə inkişaf etdirməliyik ki, ermənilər yenidən revanşist iddialara düşüb təxribat addımlarını genişləndirməsinlər. Beynəlxalq səviyyədə də ermənilər dəstək göstərən qüvvələr kifayət qədər fəallaşıblar. Xatırladım ki, 9-11 dekabrda ABŞ-da keçiriləcək demokratiya sammitinə Ermənistanın dəvət olunması, Türkiyə və Azərbaycanın dəvət olunmaması onu göstərir ki, Amerika Birləşmiş Ştatları necə Türkiyədə PKK-nı dəstəkləyirsə, başqa bir terrorist dövləti də dəstəklədiyini nümayiş etdirir. Amma adını demokratiya sammiti qoyur. Demokratiyaya qarşı olan bir dövləti bu prosesə cəlb eləmək açıq-aşkar tərəfli yanaşmadır. Ona görə də biz bu yanaşmalara o qədər də aludə olmadan öz mövqeyimizi gücləndirmək istiqamətində addımlar atmalıyıq. Fikrimcə, bu təxribatlar cavabsız qalmayacaq və Azərbaycan açıq və ya dolayı yollarla bunun cavabını kəskin şəkildə verəcək”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

    Azərbaycan ordusunun mövqeləri müxtəlif ...

    21-08-2021, 12:47

  • 
  • Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozdu

    Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində ...

    13-08-2021, 12:01

  • 
  • "Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub"

    "Azərbaycan Ordusunun Şuşa ətrafındakı ...

    15-07-2021, 11:33

  • 
  • Sərhəddə və Şuşa yaxınlığında nə baş verir? – DETALLAR

    Sərhəddə və Şuşa yaxınlığında nə baş verir? – ...

    10-11-2021, 15:08

  • 
  • MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

    MN: "Kəlbəcər istiqamətində mövqelərimiz ...

    16-08-2021, 20:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu