Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazaxda Rusiya vətəndaşı qarət olunub? - AÇIQLAMA
Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Əlabbas Məmmədov Qazax rayonunda pulunun zorla alındığını iddia edib.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Ə.Məmmədovun sözlərinə görə, qonşuları olan 12 nəfər onu hədələyərək pulunu alıblar. Zərərçəkən polisin məsələyə baxmadığını da bildirib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə Qazax rayon Çaylı kənd sakini Əlabbas Məmmədovun Qazax RPŞ-nin əməkdaşları barədə səsləndirdiyi iddialar həqiqətə uyğun deyil:
“Məlumat üçün qeyd edim ki, vətəndaş bu ilin iyun ayında cibində olan 2250 manat nağd pulunu itirməsi ilə bağlı DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib. Müraciətlə əlaqədar vətəndaşın izahatı alınıb.
O, izahatında bildirib ki, həmin pul evdən çıxarkən üzərində olub, lakin sonradan naməlum şəraitdə itib. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir”.
GUNDEMXEBER.AZ
4-03-2021, 15:37
2-06-2021, 14:21
13-04-2021, 12:21
10-07-2020, 16:47
24-12-2018, 10:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?