GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İŞ ADAMININ AİLƏ FACİƏSİNƏ VƏ ÖLÜMÜNƏ SƏBƏB OLANLARDAN BİRİ NƏ DEYİR... - Qana, göz yaşlarına batmış pullar və intihar...

İŞ ADAMININ AİLƏ FACİƏSİNƏ VƏ ÖLÜMÜNƏ SƏBƏB OLANLARDAN BİRİ NƏ DEYİR... - Qana, göz yaşlarına batmış pullar və intihar...

Tarix: 12-11-2021, 11:37 Bölmə :Cəmiyyət Baxış: 400

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində davam edir.

Gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, hakim önünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. Adları çəkilən şəxslər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.

Bundan əvvəl M.Şıxəliyevin istintaqa verdiyi ifadə məlum olmuşdu və belə məlum olurdu ki, MTN generalı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir, heç nəyi boynuna almır və suallara bir qayda olaraq “bilmirəm”, “görməmişəm”, “tanımıram”, “heç kimdən pul almamışam” məzmunlu ümumi cavablar verir.

Polkovnik Yasin heç nəyi boynuna almır, amma...

Elə onun müavini olmuş Yasin Məmmədov da rəisinin taktikasından istifadə edib. O, iş adamlarını, sahibkarları nazirliyə çağırmaqda, onlara hədə-qorxu gələrək əmlakını ələ keçirməkdə təqsirləndirilir. Lakin Y.Məmmədov elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Məsələn, o epizodlardan biri-iş adamı Cahangir Məmmədovun həbsi və ondan azadlığa çıxması üçün 100 min manat (indiki məzənə ilə 170 min manat) tələb edilməsi barədə danışarkən hər şeyi inkar etməyə üstünlük verib. (İfadələrdən elə təəsüratlar yaranır ki, Mahmudovun MTN bandasında ancaq tərtəmiz çekistlər işləyirmiş.)

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmədə Yasin Məmmədov fərqli danışmışdı və bütün əməlləri öz rəisinin, yəni Mövlam Şıxəliyevin tapşırığı ilə törətdiyini demişdi. Nəticədə M.Şıxəliyevin hirsindən təzyiqi qalxmışdı və məhkəmədə huşunu itirmişdi.

Y.Məmmədov istintaqa ifadəsində göstərib ki, birinci şöbənin rəisi vəzifəsində işlədiyi dövrdə müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə ölkəyə gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında MTN-nin İstintaq Baş İdarəsinin rəis müavini, ibtidai istintaq idarəsinin rəisi Təhsin Ağayev tərəfindən iş adamı Cahangir Məmmədov (külli miqdarda borca düşən, yaşadığı gərgin stressdən qurtula bilməyən 53 yaşlı C.Məmmədov 13 iyul 2015-ci ildə intihar edib-red.) və digərlərinin barəsində başlanmış cinayət işi üzrə istintaqın aparılması onun icraatına verilib.

”Cahangir Məmmədovun həbsdən azad olunması üçün onun qardaşı Məzahir Məmmədovdan pul tələb etməmişəm, onlardan pul almamışam. Bu məlumatlar barəmdə böhtan və şər xarakteri daşıyır”,-Y.Məmmədov belə deyib.

MTN təkcə brillyant alverçilərini yox, “skoç” alverçilərini də tuturdu

Xatırladaq ki, o vaxt MTN-nin İstintaq Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işinə əsasən Cahangir Məmmədov, Əfsəl Həsənəliyev (uzun illər DİN-də yüksək vəzifələrdə çalışıb, 23 saylı Polis Bölməsində rəis, DİN-nin Bakı Hava Limanında qərargah rəisi və s. kimi vəzifələrdə işləyib. 2008-ci ildə təqaüdə çıxıb-red.), Orxan Abdullayev, Sərdar İsmayılov və Elman Mənsimov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Bu şəxslər qabaqcadan cinayət əlaqəsinə girərək, tamah məqsədi ilə külli miqdarda pirotexniki malların və "skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə təqsirləndiriliblər.

Y.Məmmədov ifadəsində göstərib ki, MTN-in rəhbərliyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ümumi razılığı əsasında C.Məmmədov barəsində həbs qətimkan tədbiri dəyişdirilib, başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub. Çünki o, ağır xəstəlikdən əziyyət çəkirdi.

“İstintaq tamamlanıb, iş məhkəməyə göndərilib, Cahangir Məmmədov və digər şəxslər məhkəmənin hökmünə əsasən təqsirli biliniblər, müxtəlif cəzalara məhkum olunublar”,-Y.Məmmədov belə formal cavab verib.

Y.Məmmədov ifadəsində həmçinin sözügedən cinayət işi üzrə təqsirləndirilən digər sahibkarlar - Orxan Abdullayev və Sərdar İsmayılova hədə-qorxu gəlib, həbsdən azad olunmaları üçün yaxınlarından pul aldığını da inkar edib: ”Orxanın atası Elman Abdullayevdən pul tələb etməmişəm, almamışam. Sərdar İsmayılovun dayısı Vidadi Salmanov və dostu Vüqar Mənəfovdan hər hansı bir məbləğdə pul istəməmişəm”.

“Yasin qardaşım Məzahirə demişdi ki, 100 min manat gətir...”

Lakin C.Məmmədovun qardaşı Arif Məmmədov istintaqa verdiyi ifadəsində bildirir ki, 2013-cü ilin oktyabrında yaxın qohumu zəng vurub Cahangirin MTN tərəfindən saxlanıldığını deyib: “Cahangirin işini Yasin Məmmədov aparırdı. Qardaşım tutulduqdan təxminən bir ay sonra müstəntiq Yasin Məmmədov kiçik qardaşım Məzahirə zəng edib onu öz xidməti otağına çağırmışdı və Cahangiri həbsdən azad etməsi üçün 100 min manat istəmişdi”.

Zərərçəkmişin ifadəsinə görə, qardaşı Məzahir müstəntiqin kabinetindən çıxdıqdan sonra hadisəni ona danışıb: ”Özümün 30 min manatım vardı. Yaxın qohumun və dostum Oruc Cabbarovdan da 20 min manat borc pul aldım. Növbəti görüş zamanı Məzahir həmin məbləği Yasin Məmmədova verdi. Yasin Məmmədov qardaşıma deyib ki, rəhbərlikdən razılıq almışam, 80 min manat versəniz Cahangir azad ediləcək. Məzahir də deyib ki, cəmi 50 min manat pul yığmışıq, qalanına gücümüz çatmır”.

Bir müddət sonra Məzahir qardaşı Arifə deyib ki, müstəntiq pulu istəyir. Pul verilsə həbs olunanlar barəsində məhkəmə şərti cəza verəcək.

Qohum-qardaşdan toplanan, qana və göz yaşlarına bulaşmış pullar, ailə faciəsi...və intihar

Həbs olunan şəxslərin də buna razılaşmaqdan başqa carəsi qalmır. Pulu aldıdan sonra həqiqətən də, məhkəmədə təqsirləndirilən şəxslərə şərti iş istənilir. Və adları çəkilən şəxslərə müxtəlif müddətə şərti cəza kəsilərək, azadlığa buraxılırlar: “Pulu gətirib Məzahirə verdim. Məzahir də pulu çatdırmaq üçün kiməsə vermişdi. Bir müddət sonra Yasin əlavə 30 min də verməyimizi tələb etdi. Yeznəmiz Süleyman 23 min 500 manat verdi. Yerdə qalan pulu - 6 min 500 manatı da isə Cahangirin arvadı faizə götürdü. Həmin pulu da müstəntiqə verdik. 80 min manat verdikdən sonra qardaşımın ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alaraq həbsdən azad etdi”.

61 gün MTN-nin təcridxanasında saxlanılan C.Məmmədova məhkəmənin hökmü ilə 3 il şərti cəza verilir: “Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cahangir 9 min manat cərimə cəzasına məhkum edildi. Cahangir həbsdən azad edildikdən sonra Biləcəri qəsəbəsində həyat evini sataraq borclarını ödəmək üçün evi adıma rəsmiləşdirdi. Evi Elmir, Ağazaman adlı şəxslərə 350 min dollara satmağa razılaşdıq, qabaqcadan 150 min manat aldıq. Ev satıldığına görə Cahangirlə arvadı arasında narazılıq yarandı. Qadın evdən çıxmaq istəmirdi. Qardaşım anamın yanına köçüb onun yanında yaşamağa başladı”.

Qanunsuz həbsindən, verdiyi külli miqdarda rüşvətdən sonra düşdüyü borc girdabından çıxmağa çalışan iş adamı azadlıqda da çox yaşaya bilmir. Baş verənlərdən sonra ailəsində də problemlər yaşanıb. Və bütün bunlar onun psixologiyasına ciddi zərbə vurub. Sonda isə üzləşdiyi problemlərə dözməyərək canına qıyıb. Əvvəlcə bıçaq və ülgüclə özünə xəsarət yetirsə də, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər öz ürəyinə bıçaq saplayan, boğazını kəsən iş adamını ölümün pəncəsindən xilas ediblər.

Lakin əməliyyatdan sonra narkozdan ayılan C.Məmmədov gecə saatlarında özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə ataraq intihar planını tamamlayıb. İş adamının yaxınları ilk gündən etibarən C.Məmmədovun intihara əl atmasında MTN-in vəzifəli şəxslərini - general-mayor M.Şıxəliyevi, general-mayor Sübahir Qurbanovu, MTN-in İstintaq Baş İdarəsinin əməkdaşı Yasin Məmmədovu ittiham ediblər, onların cəzalandırılmasını istəyiblər...

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır

    Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi ...

    11-10-2021, 10:37

  • 
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22

  • 
  • MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları MƏLUM OLDU

    MTN generalının şantaj yolu ilə rüşvət aldığı ...

    17-09-2021, 09:11

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • ​MTN-in şöbə rəisinə qarşı 2 milyon manatlıq iddia qaldırıldı

    ​MTN-in şöbə rəisinə qarşı 2 milyon manatlıq ...

    16-11-2017, 19:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu