Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həftəsonu toylara görə daha 32 nəfər cərimələnib
Noyabrın 13-14-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 181 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 149 şadlıq sarayında, 32 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 32 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 644 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
GUNDEMXEBER.AZ
29-07-2021, 11:30
31-07-2021, 10:00
31-07-2021, 10:00
18-08-2021, 11:00
2-08-2021, 11:22
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?