Hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb. Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib. O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Oxu.Az məsələ ilə əlaqədar Asəf Mehdiyevdən açıqlama almaq üçün onun rəhbəri olduğu “Şərq-Qərb” ASC-yə də müraciət edib. Lakin A.Mehdiyevdən açıqlama almaq mümkün olmayıb. Qeyd edək ki, Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?