Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koronavirusla bağlı vəziyyət idarə olunur - Səhiyyə Nazirliyi
“Elə xəstəliklər var ki, onlara qarşı peyvənddən sonra ömürlük immunitet yaranır”.
Gundemxeber.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib.
O bildirib ki, təəssüf ki, koronavirus elə infeksiya deyil: “Xəstəliyə yoluxanlarda və peyvənddən sonra yaranan immunitet müəyyən müddət sonra zəifləyir. 50 yaşdan yuxarı, xəstəlikləri olan insanlarda peyvənd vurdursalar da immunitetin zəifləməsi baş verir. Onlarda immunitet azala, təkrar yoluxma baş verə bilər. Hətta yenidən xəstəliyi ağır keçirmələri də mümkündür. Bunların baş verməməsi üçün 3-cü doza vaksin vurulmalıdır. Bu, digər ölkələrdə də belədir”.
T. Eyvazov qeyd edib ki, Azərbaycanda vəziyyətlə bağlı nisbi sakitlikdir: “Vəziyyət idarə olunur. İstəyirik ki, nəzarət əlimizdə qalsın. Hazırda 3-cü doza vaksin vurduranlar olsa da, heç peyvənd vurdurmayanlar vaksinasiyada aktiv iştirak etmirlər”.
GUNDEMXEBER.AZ
17-11-2021, 16:06
9-04-2021, 10:27
25-05-2021, 17:39
14-10-2021, 16:50
9-08-2021, 17:40
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?