GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Xəmsə" restoranı Vüqar Səfərlinin hesabına TOYLAR tuturmuş

"Xəmsə" restoranı Vüqar Səfərlinin hesabına TOYLAR tuturmuş

Tarix: 18-11-2021, 14:53 Bölmə :Cəmiyyət Baxış: 367

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - "Altun" restoranın inzibatçısı olmuş Şahin İbrahimov dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız Vüqar Səfərlini tanıdığını deyib:

""Altun"da inzibatçı kimi işləmişən. 2018-ci ildə KİVDF-bin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdən tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərilik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirikdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi".
Prokurorun sualları cavablandırıan şəxs bildirib ki, təbdirdən 10-15 gün qabaq onlara məlunat verilib: "KİFDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürüdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar müəllim, ya da nümayəndəsi götürürdü".
Daha sonra "Xəmsə" restoranının icadarı Bəxtiyar Fətullayev ifadə verib. O da bildirib ki, tədbirlərin keçirilməsini üçün tenderdə iştirak edib:
"Tenderlə bağlı elan vermişdilər. Şərtlər açıqlmanmışdı. Biz də sənədlərimizi vermişik, tenderdə qalib gəlmişik. Biz müqavillər imzaladıq. Tədbirinin keçirilməsi ilə bağlı 400 nəfərlik hazırlıq görmüşük. Hətta bir gün qabaqdan zalı boş saxlatdırmışdılar. Tədbirinin sonunda akt tərtib olunub. Səhəri gün ödənişlər olub. Heç bir qanunsuz iş görməmişəm. Özümü təqsirli bilmirəm".
Prokurun suallarını cavablandıran şəxs deyib ki, 400 nəfərlik stol açılsa da, tədbirə daha çox şəxs gəlib: "Çünki elə qonaqlar var idi, gəlib yarım saat oturub gedirdi. Orda elə qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər. Biz tanınmış adamlar çox olduğu üçün, çalışırdıq ki, bütün dediklərini edək. Çünki biz reklam olunurduq. KİV-lər bizi reklam edirdi, ondan sonra çox toylar tuturduq".
B. Fətullayev qeyd edib ki, danışılan məbləğdən 8 faizi geri qaytarılıb: "Biz menyuda bir nəfəri 60 manata nəzərdə tutmuşduq. Sonradan məlum oldu ki, 8 faiz artıq pul hesabımıza ödənilib. Ona görə də biz həmin pulu geri qaytarırdıq".
Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərlinin məhkəməsi başlayıb (YENİLƏNİB)

    Vüqar Səfərlinin məhkəməsi başlayıb (YENİLƏNİB) ...

    23-07-2021, 17:07

  • 
  • "Pulu bizdən Vüqar Səfərli götürürdü" - Təqsirləndirilən şəxs

    "Pulu bizdən Vüqar Səfərli götürürdü" - ...

    18-11-2021, 13:25

  • 
  • Əli Həsənovun oğlu ilə bağlı açıqlama: “O, nəzarət edirdi”

    Əli Həsənovun oğlu ilə bağlı açıqlama: “O, ...

    17-11-2021, 16:36

  • 
  • İKİ MÜQAVİLƏ İLƏ 101 MİN MƏNİMSƏYİBLƏR... - Xırdavat alınması adıyla da böyük yeyintiyə yol verilib

    İKİ MÜQAVİLƏ İLƏ 101 MİN MƏNİMSƏYİBLƏR... - ...

    9-09-2021, 11:18

  • 
  • “KİVDF işi”–ndə 1 milyon zərəri ödəyən şəxs kimdir?

    “KİVDF işi”–ndə 1 milyon zərəri ödəyən şəxs ...

    24-08-2021, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (122)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu