Yeni Qalaaltı Hotel Company” MMC vergidən yayınmaya görə məhkəməyə verilib.Şirkət haqqında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan Inzibati Xətalar maddəsi ilə cinayət işi başlanılıb.
İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılır. Qeyd edək ki, bu ilin avqust ayından "Yeni Qalaaltı Hotel Company” MMC qanuni təmsilçisi Nazim Süleymanov Fərman oğludur. Nazim Süleymanov 2019-cu ilin sentyabrından "Qalaaltı Hotel & Spa”ya baş meneceri vəzifəsində çalışır. Xatırladaq ki, "Yeni Qalaaltı Hotel Company” 2014-cü ildə yaradılıb və 202 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin əsl sahibi sabiq Vergilər naziri Fazil Məmmədov olduğu deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?