GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qazilər Konstitusiyanın 49-cu maddəsindən yararlanmaq fikrindədirlər

Qazilər Konstitusiyanın 49-cu maddəsindən yararlanmaq fikrindədirlər

Tarix: 29-11-2021, 20:53 Bölmə :Cəmiyyət Baxış: 1 371


3 dekabr - Beynəlxalq Əlillər günündə toplaşmaq üçün BŞİH-ə müraciət edilib


Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığını , müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə , ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququnu doğrulayır. “Sərbəst toplaşmaq azadlığı haqqında” 13.11.1998-ci il tarixli 537-lQ saylı Azərbaycan Respublikası Qanununun tələbinə görə, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və toplantıların dinc və silahsız keçməsi üçün təhlükəsizlik tədbirləri görür.

Bakı şəhərində toplantı keçirilməsini Konstitusiyaya və sözügedən qanuna uyğun təmin etməli olan dövlət qurumu – Bakı şəhəri icra hakimiyyəti (BŞİH) isə Ana Qanuna qadağa qoymaqla məşğuldur. Hacıbala Abutalıbovun başçılıq etdiyi dönəmdə , ən azı , qadağa cavabını başçı imzalasa da, hazırkı başçı imza səlahiyyətini də ictimai – siyasi , humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova verib. Qarabağ qazilərinin , əlillərin konstitusion hüquqlarının gerçəkləşməsinə gəldikdə, yenə də qanuna qarşı çıxılaraq ayrı-seçkilik edilir. Halbuki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 2-ci (“Sərbəst toplaşmaq azadlığının tətbiqi”) maddəsində dövlətin sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verməsi doğrulanıb. Qarabağ qazilərinin , əlillərin toplantı , piket keçirməkdə amacları qanunla, uluslararası anlaşmalarla doğrulanan hüquqlarından yararlana bilməmələrini diqqətə çatdırmaqdır. Təsəvvür edin, 2003-cü ildən ömürlük əlillik dərəcəsi təyin edilən Qarabağ qazisinin dərəcəsini ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-i “reabilitasiya” adına aşağı salıb. Bu özbaşınalığı, allahsızlığı nazir götürsə də (yəqin nazirin də bu özbaşınalıqdan xəbəri yoxdur ), dövlət (başçısı) götürməz axı! Özbaşınalığın dərəcəsinə baxın, reabilitasiya qurumuna yerləşdirilməsini diləyən qazinin adının ƏƏSMN -in reyestrində olmadığı dələduzluğu ilə özbaşına komissiya – qazinin üzərində divan qurulur və “dərəcəsi yüngülləşdiyindən” reabilitasiyasından imtina edilir! (?) Qazi elə şantaj edilir ki, məhkəməyə müraciət etməyə də çəkinir. Olmadı elə, oldu belə, məhkəmə də ƏƏSMN -in sifarişi ilə qərar çıxardı ki, heç bu qazi savaşda olmayıb, heç yara da almayıb, heç əlillik təyin olunmalı deyil, onda qazi belə məhkəmə hökmü ilə ölümə məhkum edilər ki! ? Məhkəmədən söz düşmüşkən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsinə görə, toplaşmaq hüququnun pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət verilə bilər və məhkəmə 2 gün müddətində şikayətə baxmalıdır. Bakı İnzibati Məhkəməsi isə 10 gündür qazilərin BŞİH-in qərarından şikayətlərinə baxmır. Ümumiyyətlə, qazilərə qarşı özbaşınalıq o həddədir ki, nə qanunverici , nə icra, nə də məhkəmə hakimiyyəti orqanı problemlərinə, müraciətlərinə baxır. Millət vəkili kimi MM-in rəhbərliyinə müraciət edirsən , heç bir nəticəsi olmur, ən yaxşı halda, müraciətin MM-in səlahiyyətlərinə aid olmaması adı ilə “aidiyyatı” üzrə göndərilməsi baş verir. Bəyəm millət vəkilinin dövlət hakimiyyəti orqanlarına sorğu göndərmək səlahiyyətləri əllərindən alınıb? Baş prokurora müraciət edirsən, qanunların icrasına və tətbiqinə nəzarət edən orqan şikayəti barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərir! (?) Məhkəməyə müraciət edirsən, illərlə qapılarda qalırsan, sonda bəlli olur ki, məsələn, PA-nın şöbə müdiri, prezident köməkçisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mülkiyyət , azadlıq hüququnu da, məhkəmə təminatı hüququnu da mənimsəyib. Məhkəmənin qazinin xeyrinə çıxardığı qərarın icrası da gerçəkləşmirsə, qazi, əlil (,) vətəndaş nə etməlidir? Təsəvvür edin, Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsi ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin məsul şəxslərinin vəzifələrindən sui-istifadə edərək saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməsi 150 aydır təmin olunmur . Dünənədək məhkəmə qapılarında qalan qazi indi 150 aydır məmurların zəbt etdiyi ofisinin qapısı dalındadır. Çıxış yolu olaraq 3 dekabr – Beynəlxalq Əlillər günündə toplaşmaq qərarı verən qazilər , 10 dekabr – Ümumdünya insan hüquqları günündə 10 nəfərlik qazinin iştirakı ilə haqq etdikləri otaqların qapısını məhkəmə qərarı ilə açmaq niyyətindədirlər. BŞİH və DİN rəhbərliyi piketin və təhlükəsizliyin təminatı üçün xəbərdar edilib.


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəhranın yas mərasimindən qayıdan qazilər qəzaya düşüblər - FOTOLAR

    Zəhranın yas mərasimindən qayıdan qazilər qəzaya ...

    8-07-2017, 14:03

  • 
  • 4 laboratoriya sabiq rus casusunun zəhərlənməsində əsəb maddəsindən istifadə edildiyini təsdiqləyib

    4 laboratoriya sabiq rus casusunun ...

    12-04-2018, 21:00

  • 
  • "Qazilər ölməz Vətən bölünməz" adlı aksiya-VİDEO

    "Qazilər ölməz Vətən bölünməz" adlı ...

    30-12-2013, 02:07

  • 
  • HƏDSİZLİK: Travmatologiya İnstitutunda QARABAĞ QAZİSİNİ DÖYDÜLƏR... - Qazilər ETİRAZA QALXDI

    HƏDSİZLİK: Travmatologiya İnstitutunda QARABAĞ ...

    17-06-2021, 14:36

  • 
  • Tovuz Xəstəxanasında vətən fədayisinə niyə biganə yanaşılıb? - VİDEO FAKT

    Tovuz Xəstəxanasında vətən fədayisinə niyə biganə ...

    27-05-2021, 16:54


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu