Kimyəvi Silahların Qadağası Təşkilatı bu haqda hesabatı bu gün açıqlayıb
Kimyəvi silahlara nəzarət təşkilatına bağlı 4 laboratoriya sabiq rus casusunun Britaniyada zəhərlənməsində əsəb maddəsindən istifadə edildiyini təsdiqləyib.
Kimyəvi Silahların Qadağası Təşkilatı bu haqda hesabatı bu gün açıqlayıb.
Britaniyanın baş naziri Tereza Mey deyib ki, Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində istifadə edilən maddə 1970-80-ci illərin Sovet istehsalıdır.
Təşkilat Rusiyanı hücuma görə günahlandırmayıb. Lakin Britaniyann baş naziri Boris Conson Rusiyanın belə bir əmələ əl atmasına "səbəbi, motivi və sübutları" olduğunu deyib.
Rusiya isə hadisə ilə əlaqəsi olduğunu inkar edir.
Britaniya BMT-nin Təhlükəsizlik Şurasını hesabatın müzakirəsi üçün bir araya gəlməyə çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?