Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Aytac” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb və onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?