Hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb. 2010-cu il təvəllüdlü B. O. döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. O, məktəbdə 5-ci sinif şagirdi olan Ə.M. tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub. Faktla bağlı araşdırmalara başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?