GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Tərtər işi” ilə bağlı prezidentə müraciət edən hərbiçilər kimlərdir?- Polkovnikdən gündəmlə bağlı şərh

“Tərtər işi” ilə bağlı prezidentə müraciət edən hərbiçilər kimlərdir?- Polkovnikdən gündəmlə bağlı şərh

Tarix: 17-12-2021, 12:26 Bölmə :Cəmiyyət Baxış: 257


Son illər ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biri olan “Tərtər işi” ilə bağlı sensasion sayıla biləcək xəbər yayılıb. Məlumata görə “Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və baş verənlər yenidən araşdırılacaq.


2017-ci ildən bu günə qədər “Tərtər işi” ilə əlaqədar həbs edilən hərbiçilərin yaxınlarının, işgəncələr nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinin, təzyiqlərə məruz qalmış, ordudan qovulmuş hərbçilərin ifadələri mövzunu daim aktual saxlayırdı. “Tərtər işi”nin yenidən araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edilirdi.

Bu gün də ciddi müzakirə mövzusuna çevrilən yeni xəbərlə bağlı Musavat.com-a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov maraqlı məlumatlar bölüşüb.

Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi” ilə bağlı çoxsaylı narazılıqlar olsa da bəzi maraqlı tərəflər bu işin ədalətli şəkildə aradırılmasına mane olub.

Polkovnik qeyd edib ki, bir qrup ehtiyatda olan yüksək rütbəli zabitlər, hərbiçilər ölkə başçısına müraciət edib: “Məndə olan məlumata görə həmin hərbiçilər öz imkanlarından istifadə edərək bu məsələni Ali Baş Komandana çatdırıblar. Ölkə başçısı səviyyəsində bu işin ciddi şəkildə yenidən araşdırılması barədə göstəriş verilib”.

Üzeyir Cəfərov bildirib ki, bu işlə bağlı nöqsanı olan şəxslər vəzifəsinə və bu günə qədərki xidmətlərinə baxmayaraq cəzalandırılmalıdır: “2017-ci ildən bu günə qədər həm ölkə daxilində, həm də bir çox xarici dairələrdə müzakirə mövzusu oldu. Bu işin yenidən araşdırılması, günahı olan şəxslərin cəzalandırılması, günahsızların bəraət alması ölkədə vətəndaşların dövlətə olan inamını daha da artıracaq. Bu, həm də çox gözəl bir haldır ki, insanlar ölkə daxilində ədalətin bərpasına nail ola bilirlər.

Mən həmin hadisələrin şahidi olmamışam, amma bu işə cəlb edilən bəzi şəxslərin bəraət aldığını, günahsız olduğunu gördük. İşin yenidən araşdırılması bir çox məsələlərə aydınlıq gətirəcək. Təəssüf ki, bəzi şəxslər şəxsi intriqalarını, məqsədlərini ortaya qoyurlar”.

Ü.Cəfərov “Tərtər işi”nin yenidən araşdırılması zamanı sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov və bu işdə adı çox hallanan general Hikmət Həsənovun istintaqa cəlb ediləcəyi fikirlərinə də münasibət bildirib.

Hərbi ekspert deyib ki, istintaq başa çatmadan əvvəl belə fikirlər səsləndirilməsi doğru olmaz: “Bir daha onu qeyd edim ki, ortada bir cinayət, nöqsan varsa, əvvəlki xidmətlərinə, vəzifəsinə baxmayaraq həmin şəxslər mütləq şəkildə cəzalandırılmalıdır.

Mənim keçmiş hərbiçi kimi hazırda orduda olan, ordudan tərxis olmuş zabitlərlə əlaqələrim var. İndi kiminsə adını çəksəm düşünəcəklər ki, digərinin adını niyə çəkmir? Yəqin ki, adını çəkmədiyim şəxslə dost olduğumu deyəcəklər. Adını çəkəcəyim şəxsdən də xoşum gəlmədiyi üçün adını çəkdiyimi düşünəcəklər. Bu işlə bağlı məndə bir çox məlumatlar var, amma hamı kimi mən də istintaqın nəticəsini gözləmək məcburiyyətindəyəm. Qəti şəkildə bir daha onu deməliyəm ki, “Tərtər işi”ndə zərrə qədər də olsa günahı olan şəxs mütləq şəkildə cəzasız qalmamalıdır”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tərtər işi"nin fiqurantlarının ailə üzvlərinin aksiyası

    "Tərtər işi"nin fiqurantlarının ailə ...

    3-12-2019, 15:44

  • 
  • “Tərtər işi” üzrə həbs edilmiş hərbi qulluqçuların ailə üzvləri piket keçirib

    “Tərtər işi” üzrə həbs edilmiş hərbi ...

    6-09-2019, 15:47

  • 
  • “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə üzvləri aksiya keçirib

    “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə ...

    14-11-2019, 19:15

  • 
  • Tərtər hərbi prokuroru vəzifəsinə yeni təyinat olub

    Tərtər hərbi prokuroru vəzifəsinə yeni təyinat ...

    26-11-2018, 14:20

  • 
  • RİƏK siyasi məhbus siyahısını yeniləyəcək

    RİƏK siyasi məhbus siyahısını yeniləyəcək ...

    4-12-2019, 10:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu