Gundemxeber.az » Ölkə » Cəmiyyət » Elçin Məmmədov: “Helikopterin təlimlərə cəlbiylə əlaqədar qanun pozuntusu müəyyən edilməyib”
Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi, yəni “qara qutu”nun hadisə yerinə baxış zamanı müvafiq texniki və prosessual normalara uyğun olaraq götürülməsi tərəfimizdən həyata keçirilib”.
Gundemxeber.Az xəbər verir ki, bunu baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov bu gün “Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
O bildirib ki, cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən həyata keçirilir:
“Helikopterin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında peşəkar əməkdaşlar tərəfindən dərhal hadisə yerinə müfəssəl baxışın keçirilməsi təmin olundu. İstintaqın hazırkı mərhələsində cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb”.
Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilmədiyini deyən E.Məmmədov bildirib ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib:
“Belə ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib.
Həmçinin əlavə etmək istərdim ki, “qara qutu” hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib”.
GundemXeber.Az
20-12-2021, 09:18
25-07-2019, 11:50
20-12-2021, 12:14
28-06-2016, 01:09
30-11-2021, 13:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?