GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sahil Babayevin uşaqpulu ilə bağlı UŞAQ BƏHANƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...

Sahil Babayevin uşaqpulu ilə bağlı UŞAQ BƏHANƏSİ... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix: 21-12-2021, 12:42 Bölmə :Cəmiyyət Baxış: 232

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən həftə media qurumlarının rəhbərləri ilə görüşündə uşaqpulunun niyə verilmədiyinə aydınlıq gətirib. Nazir deyib:

“Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. ︎ 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”.

Nazirin bu açıqlaması kəskin tənqidlərə rəvac verib, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, sosial şəbəkə istifadəçiləri Sahil Babayevin arqumentlərinin əsassız olduğunu bildirirlər.

GUNDEMXEBER.AZ-ın pressklub.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, heç bir məntiqi izahı olmayan səbəblərdən ən təəccüblüsü və absurdu uşaqpulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olması, uşaqpulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyinin vurğulanmasıdır. “Məəttəl qalırsan ki, doğurdanmı bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb”,-ekspert vurğulayıb.
Osman Gündüz Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi “unikal metodu” xatırladıb:
“Məlum olduğu kimi, nazirliyin e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək, tez-tez çökürdü. Belə olan halda, nazirlik unikal bir “təhlükəsizlik metodu” tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün nahara çıxanda və iş vaxtı bitəndə elektron sistemi “rubilnik”dən söndürürdülər. Yəni, nazirliyin yanaşması belə idi: “sistem yoxdur, problem də yoxdur”. Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaqpulu verilə bilməz”.
O.Gündüzün sözlərinə görə, uşaqpulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini nazirliyin problemin həllinə unikal yanaşması, analoqu olmayan “antikorrupsiya” tədbiri kimi də dəyərləndirmək olar. “Əgər nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”,- ekspert vurğulayıb.
ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu isə qeyd edir ki, uşaqpulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur. O, əlavə edir ki, ehtiyacı olmayanlara bu pul verilməməlidir:
“Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu 2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyona verilməlidir. Belə olanda da tələb olunan məbləğ 3,3 milyard manat deyil, 2,52 milyard manat olur. İkincisi, 100 manata gücünüz çatmır, 80 manat verin, ya da ehtiyaclar üzrə fərqli məbləğ ödəyin”.
İqtisadçı Azərbaycanda demoqrafik vəziyyətin nazir Sahil Babayevin iddia etdiyi kimi yaxşı olmadığını bildirib:
“Demoqrafik vəziyyət necə yaxşıdır ki, 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə ölkədə doğum sayı 135050 nəfər azalıb, ölüm sayı 32 363 nəfər artıb, nikah sayı 136050 nəfər azalıb, boşanmaların sayı 24528 nəfər çoxalıb. Hazırda 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mini ötür. 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 700 nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 900 nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demoqrafik problem necə olur ki? Digər tərəfdən, uşaqpulunun verilməsi heç də bütün hallarda demoqrafik problemi həll etmək üçün deyil. Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır. Uşaqpulu həm də ideoloji məsələdir”.
Q.İbadoğlunun sözlərinə görə, uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəkləri var. İqtisadçı əlavə edib ki, Azərbaycana gəlincə, uşaqpulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. “Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlanır. Normal və şəffaf idarəçilikdə, açıq hökumətdə nədən korrupsiya yaranmalıdır? Guya digər sosial proqramlarda- özünüməşğulluqda, ünvanlı sosial yardımda, pensiyada, əlillik dərəcələrinin verilməsində korrupsiya yoxdur?”– o sual edir.
Partiya sədri qeyd edir ki, uşaqpulu təyinatının yerinə əməkhaqqının artırılmasının işsizlərə və nazirliyin funksiyasına aidiyyatı yoxdur: “Ölkədə işsizlərin sayının kəskin artmasına və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanması 2020-ci ilin aprel ayından dayandırılıb. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən Sahil Babayevdir. Nədən heç fikirləşmirlər ki, işsizlərin də uşaqları var. Məgər onların uşaqları doyunca yeməli, sağlam və savadlı böyüməli deyil? Görəsən, nazirliyin rəhbərləri işsizliklə bağlı rəqəmlərə baxanda və onları sosial müdafiəsiz bu çətin yaşam şəraiti ilə baş-başa buraxanda vicdan əzabı çəkirmi? Rəsmi məlumatlara görə, bu ilin 9 ayında cəmi 3033 nəfərə işsizlik müavinəti verilib, bəs yerdə qalan işsizlər nə ilə dolanmalıdır?”
Qubad İbadoğlu hesab edir ki, uşaqpulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir: “Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə, dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Global legal” və “Ekvita consulting” MMC-lərə verdiyiniz sifarişlər də bu qəbildəndir”.
İqtisadçı əlavə edir ki, uşaqpulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabiliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, bununla dövlət uşaqpulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq.
Qubad İbadoğlu problemin həlli ilə bağlı bir neçə təklif də irəli sürüb:
“Hesab edirəm ki, uşaqpulunun maliyyələşdirilməsi və idarə edilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaqpulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Odur ki, mənasiz arqumentləri təkrar-təkrar səsləndirməkdənsə korrupsiyanın qarşısını alın, büdcəni səmərəsiz xərclərdən azad edin, dövlət alqı-satqılarını açıq tenderlərlə və rəqabət əsasında maliyyələşdirin, bazarları hökmran mövqedə olan, başqalarına giriş baryerləri yaradan inhisarçılardan azad edin, rəqabəti dəstəkləyin, insanlara azadlıq verin. Bir sözlə, azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradın. Belə olsa, heç kəs dövlətə möhtac olub, uşaqpulu davası etməz, hər kəs özünü və ailəsini halal zəhməti ilə dolandırar”. 


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahil Babayev Qarabağ əlillərini niyə qəbul etmir? - ETİRAZ

    Sahil Babayev Qarabağ əlillərini niyə qəbul ...

    2-08-2018, 13:54

  • 
  • Uşaqpulu və Əlillik dərəcələrinin durdurulması məsələləri müzakirə olundu

    Uşaqpulu və Əlillik dərəcələrinin durdurulması ...

    21-04-2021, 17:20

  • 
  • "Uşaqpulu bərpa oluna bilməz" — Mir Şahin

    "Uşaqpulu bərpa oluna bilməz" — Mir ...

    9-09-2019, 15:18

  • 
  • Azərbaycanda sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

    Azərbaycanda sosial müavinətlərin elektron ...

    9-01-2019, 11:38

  • 
  • Çoxuşaqlı ailələrə pul veriləcək

    Çoxuşaqlı ailələrə pul veriləcək ...

    20-10-2014, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu