Bu ildən 5-dən çox uşağı olan analara hər uşağa görə 30 manat sosial müavinət ödənilir.
Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.
E.Babayev deyib ki, 5-dən çox uşağı olan ailələrdə hər uşağa görə 30 manat verilir. Lakin bu vəsait yalnız 18 yaşına çatmamış uşaqlar üçün ödənilir. Hazırda müavinət alan uşaqların sayı 8299 nəfərdir.
Qeyd edək ki, prezidentin 27 dekabr, 2013-cü il fərmanı ilə çoxuşaqlı qadınların sosial müdafiəsini yaxşılaşdırmaq üçün müavinət müəyyənləşdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?