Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş Prokurorluq bir neçə jurnalisti tənbeh etdi
Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib. GundemXeber.Az bildirir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılmasına görə 2021-ci ilin dekabr ayının 16 və 17-si tarixlərində Abuşov Zamiq Hidayət oğlu, Mahmudov İlqar Mehman oğlu, İbrahimov Mehdi Nazim oğlu, Səfərsoy Rza Əli oğlu Baş Prokurorluğa dəvət olunub və onlara xəbərdarlıqlar elan edilib.
Bundan başqa, media nümayəndəsi Məmmədov Səxavət Maqsud oğlunun özünə məxsus fərdi sosial media hesabında ölkənin hərbi strukturlarının fəaliyyətinə dair yayımlanması qanunla qadağan edilən məlumatlar yerləşdirməsi faktına görə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Səxavət Məmmədov barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.
Həmçinin, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya ehtiyatları barəsində cari ilin dekabr ayının 18-də inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov Rayon Məhkəmələrinin qərarları ilə hər biri barəsində 1 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub.
Bundan əlavə, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu,Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə xəbərdarlıq elan edilib.
GundemXeber.Az
12-10-2020, 20:59
26-07-2021, 22:13
7-08-2013, 22:38
19-08-2017, 15:15
29-01-2019, 23:05
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?