GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daha uşaqların ərzağını oğurlaya bilməyəcəklər? - AKTUAL

Daha uşaqların ərzağını oğurlaya bilməyəcəklər? - AKTUAL

Tarix: 22-12-2021, 15:23 Bölmə :Cəmiyyət Baxış: 289

Prezidentin bir neçə gün öncə dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam, cəmiyyətdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində köklü dəyişikliklər olacağına inam yaradıb. Çünki bağçaların icra hakimiyyətlərinin tabeliyində olduğu bu on ildə məktəbəqədər təhsil müəssisələrində baş verən özbaşınalıqlar və qanunsuzluqlar sadalamaqla bitməz.

Bağça müdirlərinin dövlətin maliyyələşdirdiyi məktəbəqədər təhsil müəssisəsində qanunsuz VİP qruplar açaraq belə qruplara ödənişlə uşaq cəlb etməsi, bağçalarda çarpayı sayını gizlədərək rüşvətlə uşaq qəbul etməsi kimi özbaşınalıqların hamısı bağçaların yerli icra hakimiyyətlərinin tabeliyində olduğu dövrə təsadüf edir.
Bu gün bağçalarla bağlı ən böyük problem məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda olan özbaşınalıqdır. Bağçalarda boş çarpayı yeri ilə bağlı məlumatların şəffaf olmaması, bağça müdirlərinin uşaq qəbulu zamanı rüşvət tələb etməsinə münbit şərait yaradır.
Digər narahatedici məqamlardan biri isə uşaq bağçalarına ayrılan ərzaq məhsullarının mənimsənilməsi ilə bağlıdır. Bu gün bağçalarda uşaqların sağlam qidalanması da şübhə altındadır. Bəs görəsən, bağçalarla bağlı sadaladığımız problemlərin bu müəssisələrin Təhsil Nazirliyinə verilməsi ilə aradan qalxması mümkündürmü?

Bağçalar nazirliyin balansında olduqda nə dəyişə bilər?

Gundemxeber.Az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsildə varislik prinsipi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi vacib idi. Ekspert bildirir ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinin balansında olduğu bu 10 il müddətində rüşvət, korrupsiya ocağına çevrilib:
"Öncə qeyd edim ki, uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi nazirliyə hər il birinci sinfə qəbul ediləcək şagirdlərlə bağlı düzgün proqnoz verməyə, öncədən məlumat əldə etməyə imkan yaradacaq. Nazirlik biləcək ki, gələn il bağçadan 1-ci sinfə nə qədər uşaq gələcək. Plan da bu rəqəmlər üzərində qurulacaq. Bundan əlavə, bağçalarda verilməsi zəruri informasiyalar bağçaların proqramına salınacaq. Elə dəyərlər sistemi və biliklər var ki, onlar ibtidai pillədə yox, bağçada öyrədilməlidir. Bu, vahidlik prinsipidir. Nəticədə ibtidai siniflərdə dərs yükü azalacaq".
K.Əsədov deyir ki, hazırda uşaq bağçaları ilə bağlı problemlərdən biri də orada çalışan ixtisaslı kadr çatışmazlığıdır: "Bu gün bağçalarda nəinki ixtisaslı kadrlara, orta-ali və ali təhsilli kadrlara ehtiyac var. Çünki bağçalarda işləyənlər arasında ali təhsili olmayanlar, orta məktəbi bitirənlər kifayət qədərdir. Bağçaların yerli icra hakimiyyətlərindən alınıb nazirliyə verilməsi bu problemi həll edəcək. Artıq məktəblərdə təhsilsiz şəxslər müəllim işləyə bilməyəcəklər. Bu isə bağçalarda məktəbəhazırlıq səviyyəsini yüksəldəcək".

Daha uşaqların ərzağını oğurlaya bilməyəcəklər?

Ekspert hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin uşaq bağçalarına verilməsi ilə bağçalardan  
ərzaq oğurlanması, mənimsənilməsi halları da aradan qalxacaq: "Təhsil Nazirliyinin balansındakı internat tipli müəssisələrin timsalında biz bunu görürük ki, həssaslıq nümayiş olunur. Nazirliyin tabeliyindəki internat tipli müəssisələrin ərzaqla təminatında qanunsuzluqlar aradan qalxıb. Biz bunu yaxın gələcəkdə bağçaların da timsalında görəcəyik".

Bağçada boş yer problemi həll olunacaq!

K.Əsədovun fikrincə, uşaq bağçalarına uşaq qəbulu sistemi də təkmilləşdiriləcək: "İndiyədək bu məsələdə ciddi problemlər müşahidə olunurdu. Bağçalarda boş çarpayı sayı gizlədilirdi. Nazirliyin bu sistemi elektronlaşdırmaqla şəffaflıq yaradacağına inanırıq. Çünki bu gün məktəblərin birinci sinfinə qəbul, şagird yerdəyişməsi elektron şəkildə şəffaf aparılır. Burada nazirlik şəffaflıq yaradıb. Bu sistem bağçalarda da tətbiq edilməklə məmnunluğa səbəb olacaq. Biz uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınıb Təhsil Nazirliyinə verildikdən sonra müsbət dəyişikliyi gözləyirik".

O baxır vicdana

Millət vəkili Fazil Mustafa isə bağçaların nazirliyin idarəçiliyinə verilməsindən sonra bu sektorda olan 
hansı problemlərin aradan qalxacağı ilə bağlı fikir söyləməyin çox gec olduğunu bildirdi. Deputat Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indidən qəti şəkildə idarəçiliyin dəyişməsinin nəyi dəyişəcəyini söyləmək çətindir: "Uşaq bağçaları ilə bağlı çoxsaylı problemlər mövcuddur. Uşaq bağçalarının maddi-texniki bazası və sair problemlər ilk növbədə aradan qaldırılmalıdır. Bundan əlavə, bağçalara rəhbərliyə vicdanlı insanlar gətirilməlidir ki, rüşvətin kökü kəsilsin. Bu sektorda uşaq qəbulunda narazılıq və sair məhz rəhbərliyin rüşvətxor olmasından qaynaqlanır".
Deputat bildirir ki, uşaq bağçalarına vicdanlı insanlar rəhbərlik etməzsə, nəzarət tam effekt verməyəcək.

"Bağçaların adı dövlət bağçası idi"

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin yerli icra strukturlarının səlahiyyətinə verilməsi, bağçaları təhsil prosesindən uzaqlaşdırıb. Onun sözlərinə görə, təhsillə bağlı standartları və qərarları verən qurum Təhsil Nazirliyi olsa da, bağçalarda təhsilə qarışa bilmirdi:
"Bağçalar məktəbəqədər təhsili əvəz edir. Bağça uşağın yeyib-yatacağı yer deyil. Bağçalar uşaqların formalaşmasına təsir edir. Şəxsiyyət isə 4 yaşa qədər formalaşır. Məktəbəqədər təhsil müəssisəsində uşağa yemək verib, yatırmaqla bağçanın vəzifəsi başa çatmır. Bağçada dərnəklərin keçirilməsi, məktəbəhazırlıq prosesi təhsillə bağlı məsələdir.
Bağçalar indiyədək icra hakimiyyətlərinin nəzdində olduğundan, nazirlik bağçalarda təhsillə bağlı prosesə müdaxilə edə bilmirdi. Bundan əlavə, bağçalar uşaq qəbulunda valideynlərdən pul tələb edirdi. Bir sözlə, adı dövlət bağçası idi. Bağçanın idarəetməsi, uşaqların qida rasionuna icra hakimiyyətləri nəzarət edirdi. Baxmayaraq ki, onların da bilik-bacarığı buna yetərli deyildi. Uşaq bağçaları yerli icra strukturlarının gəlir mənbəyinə çevrilmişdi".
G.Səfərova bildirir ki, bağçalar on il bundan əvvəl Təhsil Nazirliyinin balansından alınaraq yerli icra hakimiyyətlərinə verildikdə, bu mərkəzləşməni azaltmağa hesablansa da, effekt vermədi. Şura sədri gələcəkdə Azərbaycanda icma əsaslı və bələdiyyələrin nəzdində məktəbəqədər təhsil müəssisələri açıla biləcəyini mümkün sayır:
"İcra hakimiyyətlərindən o qədər şikayət var ki, onlardan hər hansı səlahiyyətin alınması cəmiyyət tərəfindən dəstəklənir".
G.Səfərova yaxın gələcəkdə bağçalarla bağlı nöqsanların aradan qalxacağına inandığını bildirib. Onun sözlərinə görə, uşaq bağçalarında kadr problemi, maddi-texniki bazanın yaxşılaşdırılması və sair məsələlər idarəetmənin dəyişməsi ilə aradan qalxacaq.

Nazir vəd verdi ki...

Məlumat üçün bildirək ki, bu gün təhsil naziri Emin Əmrullayev də uşaq bağçaları ilə bağlı köklü dəyişikliklərin proqnozunu verib. Nazir bildirib ki, uşaq bağçalarına müəllimlərin işə qəbulu məktəblərdə olduğu kimi aparılacaq. Bu zaman kadrların ixtisaslı və ali təhsilli olması vacibdir.
Əgər bağçalara valideynin işə gedəndə uşağını qoyacağı yer kimi yanaşılarsa, burada təhsil məsələsindən danışmaq olmaz.
“Təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var. Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb".
E.Əmrullayev həmçinin qeyd edib ki, təhsildə varislik və ardıcıllıq prinsipinin qorunması baxımından məktəbəqədər təhsil ən vacib pillələrdən biridir. Onun sözlərinə görə, hər bir insanın inkişafı onun həyatındakı ilk 1000 gündən çox asılıdır.

Ölkədə nə qədər uşaq bağçaya gedir?

Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - Abutalıbovun "mirası"

    Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - ...

    11-09-2019, 12:54

  • 
  • İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN xidmətə verilir?

    İki qurum “arasında qalan” uşaq bağçaları - ASAN ...

    22-11-2018, 11:15

  • 
  • Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edildi

    Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin ...

    20-12-2018, 11:13

  • 
  • Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaqmı?

    Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə ...

    19-11-2013, 11:53

  • 
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu