GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq təhlükəsizlik zabitindən “Tərtər işi” ilə bağlı İLGİNC AÇIQLAMALAR - "Çox güman ki..."

Sabiq təhlükəsizlik zabitindən “Tərtər işi” ilə bağlı İLGİNC AÇIQLAMALAR - "Çox güman ki..."

Tarix: 23-12-2021, 11:28 Bölmə :Cəmiyyət Baxış: 225


Xəbər verildiyi kimi, 17 dekabr 2021-ci ildə Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. Tərtər işi üzrə bir qrup hərbçi haqlı-haqsız casusluq ittihamı ilə sorğulanarkən dəhşətli işgəncələrə məruz qalıblar. Onlardan bəziləri dünyasını dəyişib. Sonradan ailələrinə günahsız olduqları deyilib.

Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilib, 25 nəfər uzun müddətli həbs cəzası alıb və ən azı doqquzu işgəncədən ölüb.

Mediada yayılan məlumatlara görə, hazırda ən azı 25 hərbi qulluqçu həbsxanadadır, onlar dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər ittihamlarla şərlənərək həbsxana həyatı yaşamaq məcburiyyətindədir. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.

Sabiq MTN zabiti İlham İsmayıl bildirdi ki, 17 dekabr 2021-ci ildə Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılmasını ictimaiyyət uzun müddət idi gözləyirdi: “İctimaiyyətin indi gözləntisi isə istintaqın düzgün, ədalətli aparılması və bu cinayətin bütün sifarişçilərinin, iştirakçılarının məsuliyyətə cəlb olunaraq cəzalandırılmasıdır. Azərbaycan tarixindəki bu qara ləkənin təmizlənməsi çox vacibdir. ”Tərtər işi"nin yenidən istintaqa qaytarılmasının səbəblərindən biri təbii ki, ictimaiyyətin tələbidir. Bundan başqa, Azərbaycan sistemində kimlərisə həmişə ifşa edici materiallar əsasında daim zərbə altında saxlamaq ənənəsi mövcud olub. Hiss olunur ki, Müdafiə Nazirliyində, prokurorluq sistemində elə qüvvələr var ki, onları hər an həbs olunmaq qorxusu altında saxlamaq və yeri gəlsə qurban vermək zərurəti yaranıb. İşin yenidən istintaqının başlanmasında bu elementlər olsa da, əsas səbəb ictimai təpkidir, daha bir səbəb yeni baş prokurorun gəlişi faktorudur. Yeni baş prokuror öncə şikayətçiləri qəbul elədi, müəyyən cavablar verdi. İndi isə görünür ki, işi daha detallı araşdırmaq zərurəti yaranıb.

“Tərtər işi” ilə bağlı əsl həqiqətləri istintaqın üzə çıxaracağına böyük inam var. Ona görə ki, nələrisə üzə çıxarmaq istəyi olmasaydı bu addımı heç atmazdılar. Odur ki, ola bilsin yenidən kimlərsə məsuliyyətə cəlb ediləcək. Çox güman ki, məsuliyyətə cəlb edilənlər Müdafiə Nazirliyinin yuxarı eşelonunda olan generallar, polkovniklər olacaq. Bu, gözləniləndir".

İ.İsmayıl hesab edir ki, araşdırmaların gedişatı zamanı ikitərəfli informasiya verilməsi yaxşı olar: “Bəziləri qərəzli yanaşaraq cəmiyyətdə belə təsəvvür yaratmağa çalışırlar ki, ümumiyyətlə, vətənə xəyanət faktı olmayıb və Azərbaycan Ordusuna zərbə vurmaq üçün belə bir oyun qurulub. Mən buna inanmıram. Ortada respublikanın 4 aparıcı güc struktur, hüquq-mühafizə orqanlarının, təhlükəsizlik sisteminin birgə bəyanatı var. Yəni fakt olmasa 4 ciddi qurum birdən bəyanat verməzdi. Cəmiyyətə informasiya çatdırılmalıdır ki, fakt olub. Sadəcə olaraq bu işin araşdırılması zamanı çox dəhşətli qanunsuzluqlara, işgəncələrə yol verilib, insanlar öldürülüb. Bütün bunlar haqqında Baş Prokurorluq çox dolğun informasiya hazırlamalıdır ki, cəmiyyətdə bundan sonra əlavə söhbətlər, şübhələr ortaya çıxmasın.

Eyni zamanda yeni istintaq qrupunun nələri aşkarladığı mütəmadi olaraq cəmiyyətə informasiya şəklində çatdırılmalıdır. Mən inanıram ki, yeni istintaq qrupu yeni məsələləri üzə çıxaracaq və yeni vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq, kimlər günahsız həbs olunubsa bəraət alacaq. Əks halda, Baş Prokurluq öz nüfuzuna xələl gətirmiş olar. Əgər keçmiş baş qərargah rəisi, istintaqı aparmış Hərbi Prokurorluğun rəhbərliyindəki şəxslər bu istintaqda ifadə verməyəcəklərsə, yeni başladılan istintaq da cəmiyyətdə etimad, inam qazanmayacaq və məsələ uzun illər müzakirə edilə-edilə qalacaq".

Ekspert vurğuladı ki, “Tərtər işi”nin yenidən istintaqa qaytarılmasında ölkə Prezidentinin iradəsinin, göstərişinin əsas rol oynadığını ehtimal etmək olar: “Güman ki, bu işin yenidən araşdırılması üçün dövlət başçısının tapşırıqları var. Əgər belədirsə, prosesin daha ciddi nəticələrə varacağına inam artır”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tərtər işi"nin fiqurantlarının ailə üzvlərinin aksiyası

    "Tərtər işi"nin fiqurantlarının ailə ...

    3-12-2019, 15:44

  • 
  • “Tərtər işi” üzrə həbs edilmiş hərbi qulluqçuların ailə üzvləri piket keçirib

    “Tərtər işi” üzrə həbs edilmiş hərbi ...

    6-09-2019, 15:47

  • 
  • “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə üzvləri aksiya keçirib

    “Tərtər işi” üzrə mühakimə edilənlərin ailə ...

    14-11-2019, 19:15

  • 
  • İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı: “Tərtər işi” üzrə 11 ölüm və digər insan hüquqları pozuntusu

    İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı: “Tərtər ...

    13-04-2021, 22:11

  • 
  • Hərbiçilərin qətlə yetrilməsi rəsmi sənədlərdə - ŞOK FAKT (VİDEO)

    Hərbiçilərin qətlə yetrilməsi rəsmi sənədlərdə - ...

    25-03-2019, 16:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu