GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Media haqqında qanun layihəsi – konsensus barədə danışmaq tezdir

Media haqqında qanun layihəsi – konsensus barədə danışmaq tezdir

Tarix: 23-12-2021, 13:52 Bölmə :Cəmiyyət Baxış: 281

Medianın İnkişafı Agentliyi (MEDİA) dekabrın 22-də öz mənzil-qərargahında media haqqında qanun layihəsilə bağlı keçirilmiş müzakirələrə dair məlumat yayıb.

 

Müzakirədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputat Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər İttifaqının sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səslənən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə öz münasibətlərini bildiriblər.

"KİV haqqında" qanun layihəsinin müzakirəsi davam edir, MEDİA-nın lakonik məlumatı belə bitir.

Hökumətyönlü KİV-lər görüşün nəticəsini görüş iştirakçıları arasında müəyyən konsensusa nail olunma kimi elan etməyə tələsiblər.

Qeyd etmək lazımdır ki, bu tələsik, həqiqətəuyğun olmayan nəticədir,  çünki yekun nəticə, yəni müstəqil jurnalistlərin, ekspertlərin təkid etdikləri kimi qanun layihəsinə yenidən baxılması yoxdur. Yeganə nailiyyət kimi qanun layihəsinə hazırkı formada lobbiçilik edən şəxslərin anlayış göstərməsini, opponentlərin qanun layihəsinə iradlarını və arqumentlərini nəzərə almasını göstərmək olar.

MEDİA-nın məlumatı “Media haqqında” qanun layihəsinin ictimai dinləmələri çərçivəsində növbəti müzakirə keçirilib” başlığı ilə verilib.

Ancaq qeyd etmək lazımdır ki, müzakirə zamanı mən dedim ki, qanun layihəsi depulatlar tərəfindən müzakirə olunana qədər ictimai dinləmələrin aparılması bizə hələ iyun ayında vəd edilmişdi. Lakin qanun layihəsi dekabrın 10-da parlamentə təqdim edilib və ictimai müzakirələrsiz iki oxunuşda tələm-tələsik qəbul edilib. İctimai müzakirələr dedikdə, bütün informasiya cameəsinin prosesdə iştirakı nəzərdə tutulur. Qanun layihəsinin müəllifləri bizi inandırmağa çalışırlar ki, sənəd yalnız jurnalistləri əhatə edir. Lakin əslində o, bütün cəmiyyəti əhatə edir, çünki qanun layihəsində deyilir ki, kütləvi informasiya istehsalçıları onları iki nəfərdən çox adama yayan şəxslərdir.

Digər tərəfdən, bu gün KİV informasiyanın istehsalı və yayılması üçün eksklüziv hüququnu itirib, hətta onun istehsalında cəmiyyətə və ya xalq jurnalistikası adlandırılan jurnalistikaya güzəştə getməyə başlayıb. Reallıqlardan çıxış edərək, mən qanun layihəsini bütün informasiya birliyinin maraqlarının əhatə olunması baxımından hazırlanmasını təklif etdim.

İnformasiya məkanında yaranmış tamamilə yeni fenomeni – bütün cəmiyyətin müxtəlif növ informasiyanın istehsalına və yayılmasına cəlb edilməsini nəzərə alaraq, mən qanun layihəsini təxirə salmağı və Azərbaycanın informasiya cəmiyyətinin konsepsiyasının, bu cəmiyyətin inkişafı üzrə proqramların hazırlanmasına başlamağı və yalnız bundan sonra bugünkü reallıqların və gələcək çağırışların daha aydın başa düşülməsi halında qanun layihəsinin işlənməsinə başlamağı təklif etdim.

Qanun layihəsinin indiki şəkildə qəbul edilməyə hazır olmamasını məzmunun qeyri-müəyyən olması, dəqiq formulların olmaması, ziddiyyətlərin, bəzi müddəaların ikimənalı olması təsdiq edir.

Məsələn, qanun layihəsinin əsas tərəflərinə nəzər salsaq, bu ziddiyyət və qeyri-müəyyənlik bəlli olur.

1. Qanun “Media haqqında qanun” adlanır. Media nədir? Biz bu söz altında KİV, yoxsa bütövlükdə cəmiyyəti başa düşürük? Tərtibçilər KİV deyirlər. Amma əslində, birincisi, bu termin daha geniş məna daşıyır və bütün cəmiyyəti əhatə edir, ikincisi, layihədə üstüörtülü subyektlik və bütün cəmiyyətin məsuliyyəti yer alıb.

2. İncil  “Öncə söz olub” mesajı ilə başlayır. Və bu mesaj bəşər sivilizasiyasının informasiya inkişafının təməl daşına çevrilib. Hazırkı qanun layihəsi media anlayışının təməl daşı "kütləvi informasiya" terminindən başlayır. Qanun layihəsində bu termin peşəkar jurnalist sexinin törəməsi kimi şərh edilib. Əslində kütləvi informasiya termini kütləvi şəkildə yayılmış informasiya deməkdir və onun istehsalçısı bütün cəmiyyətdir. Bu, artıq qanun layihəsinin mənasını dar jurnalistikadan geniş ictimaiyyədək kökündən dəyişir.

3. Qanun layihəsində "platforma" terminindən istifadə olunur. Bu,  KİV, Televiziya, informasiya əldə edilməsi haqqında mövcud qanunlarda yoxdur. Bir sözlə, informasiya sahəsini əhatə edən qanunvericilikdə. Qanun layihəsinin müəllifləri bizi inandırmağa çalışırlar ki, bu termin yalnız rəqəmsal və kabel televiziyası sahəsinə aiddir.

Lakin platforma anlayışı beynəlxalq praktikada İnternet törəmələri olan meydançalar kimi istifadə olunur. Və istənilən veb-sayt, personal səhifə və s. bir platformadır. Görüşdə aydın oldu ki, tərtibçilər qanun layihəsində platforma terminini dəqiqləşdirməkdən yayındılar.

Layihə göstərilir ki, platforma dövlət tərəfindən lisenziyalaşdırılır, bu isə o deməkdir ki, belə tərif təkcə TV-nin yox, bütün İnterneti lisenziyalaşdırma hüququ verir. Və bu da dövlətə bütün İnternet məkanına nəzarət etmək üçün geniş səlahiyyətlər verir. Nəticədə, Əli Hüseynli bu məntiqlə razılaşıb və tərtibatçılara platforma anlayışını qanun layihəsinə daxil etməyi tapşırıb.

Digər məsələlər, o cümlədən dünya praktikasında analoqu olmayan məsələlər də mübahisəli olaraq qalıb. Məsələn, qanun layihəsində nəzərdə tutulduğu kimi, dövlət tərəfindən jurnalist vəsiqələrinin verilməsi, KİV-in vahid dövlət reyestrinin tətbiqi və nəhayət, qanun layihəsinin müddəalarının beynəlxalq öhdəliklərə və Azərbaycan Konstitusiyasına uyğun gəlməməsi.

Əli Hüseynli bu məsələni müzakirə etmək üçün hüquq sahəsində ekspert Ələsgər Məmmədlini dekabrın 23-də parlamentə dəvət edib.


Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Media haqqında” Qanun layihəsinin növbəti müzakirəsi keçirilib

    “Media haqqında” Qanun layihəsinin növbəti ...

    23-12-2021, 09:09

  • 
  • Vüsalə Mahirqızı: “APA Media Group radiotezliklə bağlı heç bir müraciət etməyib”

    Vüsalə Mahirqızı: “APA Media Group radiotezliklə ...

    10-12-2019, 20:13

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • AŞPA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

    AŞPA-nin seçkilərin monitorinqi missiyası media ...

    23-01-2020, 22:21

  • 
  • “Media haqqında qanun layihəsini dərc edin”-Əhməd İsmayılova müraciət

    “Media haqqında qanun layihəsini dərc edin”-Əhməd ...

    3-07-2021, 10:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu