GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tibbi sığorta apteklərdə niyə keçərli olmur? - AKTUAL

Tibbi sığorta apteklərdə niyə keçərli olmur? - AKTUAL

Tarix: 24-12-2021, 10:06 Bölmə :Cəmiyyət Baxış: 302


Məlum olduğu kimi, bu il aprelin 1-dən ölkənin bütün bölgələrində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

Əvvəla icbari tibbi sığortanın hansı xidmətləri əhatə etdiyini nəzərdən keçirək. İcbari Tibbi Sığorta layihəsi dövlət tərəfindən həyata keçirilir. Tətbiqinin məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan və tam pulsuz etməkdir. İcbari Tibbi Sığorta çərçivəsində təklif edilən Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat daxildir. Məlumat üçün bildirək ki, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və orqan transplantasiyası icbari tibbi sığortaya aid edilmir.

Bəs icbari tibbi sığortaya hansı dərman preparatları daxil edilib?

Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, yalnız stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığortaya daxildir. İki il öncə Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab da bəzi dərmanların icbari tibbi sığorta paketinə daxil edilməsini qeyd etmişdi:

“Paketə qan təzyiqini aşağı salan, şəkər xəstəliyi üçün nəzərdə tutulan, uşaqları infeksiyadan, xüsusilə tənəffüs yolları infeksiyalarından qoruyan antibiotiklər, hamilə qadınlar üçün folik asid və dəmir əlavə edilə bilər”.

Qeyd edək ki, bu il Azərbaycana əczaçılıq məhsullarının idxalı kəskin bahalaşıb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 477 milyon 149 min dollar dəyərində 19 min 901 ton əczaçılıq məhsulları idxal edilib. Ötən ilin 11 ayı ərzində isə Azərbaycana 331 milyon 175 min dollar dəyərində 20 min 633 ton əczaçılıq məhsulları idxal edilib. Bu, o deməkdir ki, əczaçılıq məhsullarının idxalı dəyər ifadəsində 44% artıb, miqdar ifadəsində isə 3,6% azalıb. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycana tibbi ləvazimat və dərman idxalı azlasa da, qiymətləri bahalaşıb. Bu ilin iyun ayında isə Tarif Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin artırılması haqqında qərar qəbul edib.

Beləliklə, ölkədə tibbi sığortaya pul ayıran vətəndaşın müalicəsinə lazım olan dərman preparatları nə zaman Xidmətlər Zərfinə daxil olacaq?

GUNDEMXEBER.AZ-ın məlumatına görə, mövzu ilə bağlı cebhe.info-ya danışan həkim-farmokoloq Aydın Əliyev deyib ki, tibbi sığorta hesabına aparılan müalicədə istifadə olunan dərman vasitələri də tibbi sığortaya daxil olmalıdır:

“Şəxsi fikrimi deyim ki, hələlik icbari tibbi sığorta ölkədə oturuşmuş vəziyyətdə deyil. Bunun bir çox səbəbləri var. Azərbaycanda parodoksal bir hal var. Azərbaycan səhiyyəsində müalicənin təqribən 73-75 faizini camaat verir. İnkişaf etmiş ölkələrdə bu, ancaq 20 faizdir. Yəni biz səhiyyəyə çox xərc çəkirik. Hələlik icbari tibbi sığorta oturuşmayıb. Hətta fikir verirsinizmi, müəyyən xəstəliklər müalicə olunmalı yerlərdə də nə qəədr get-gəl, narazılıq var. O cümlədən, dərmanlala bağlı. Əgər müalicə tibbi sığorta hesabına aparılırsa, dərman da o hesaba daxil olmalıdır. Məsələn, həmin xəstəxana bilməlidir ki, bu xəstəlikləyin müalicəsinə lazım olan dərmanın bir hissəsini protokola əsasən verə bilir”.

O bildirib ki, Azərbaycanda əhalinin də bu cəhətdən kütləvi savadlılığında problem var:

“Biz hüquqlarımızı tələb eləmirik axı. İcbari tibbi sığorta bizdə yeni olduğuna görə, çox saylı problemlər var. Problemin ən birinci səbəbi əhalinin yüksək maaş almaması və tibbi sığortaya yüksək məbləğ ayırmamasıdır”.
Həkim hesab edir ki, problemlərdən biri də dərmanların çox hissəsinin idxalıdır: “İdxalda da monopoliya, keyfiyyətsiz dərmanların gətirilməsi var. Sağlamlıq təsərrüfatında problemlər çoxdur, amma bu problemlərin çoxu səhiyyə ilə bağlı deyil. İnsan sağlamlığına zərbə vuran keyfiyyətsiz sular və qidalardır. Öz pulumuzu , milyonlarımızı xaricə veririk. Dərd burasındadır ki, onlar da keyfiyyətli məhsul vermirlər, bəlkə işbazlar ucuz gətirib çox baha satırlar. Biz özümüzü çox vaxt tənqid edirik. Amma özünə demokrat deyənlər keyfiyyətsiz dərmanlar satmaqda daha çox maraqlıdırlar. Bu fakt onu göstərir ki, Azərbaycan mütləq əhalinin sağlamlığında yerli, keyfiyyətli qidalar istehsal edən müəssisələr və dərman zavodu açmağa məcburdur”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz yararlanacaq?

    Kimlər hansı tibbi xidmət və dərmanlardan pulsuz ...

    9-12-2016, 13:00

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi

    Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə ...

    29-12-2019, 19:45

  • 
  • Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı tutulacaq

    Yanvarın 1-dən İcbari Tibbi Sığorta haqqı ...

    3-12-2019, 11:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu