GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xaricdə təhsilin də yolu kəsilir: Yeni qaydalar pulu qoruyur, ya vətəndaşı? - İNCƏLƏMƏ...

Xaricdə təhsilin də yolu kəsilir: Yeni qaydalar pulu qoruyur, ya vətəndaşı? - İNCƏLƏMƏ...

Tarix: 24-12-2021, 14:43 Bölmə :Cəmiyyət Baxış: 306


"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib. O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək:

"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrin ali məktəblərində, xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq. Onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxslərin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək".

Qeyd edək ki, bu gün xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı TKTA-nın tətbiq etdiyi qaydalara ictimaiyyətin münasibəti heç də birmənalı deyil. Burada öz əksini tapan məqamlardan biri də məhz tədris normativləri ilə bağlıdır. TKTA bildirir ki, xüsusilə də tibb sahəsində tədris normativi aşağıdır. Ümumilikdə digər ölkələrlə müqayisədə, məsələn, tibb sahəsində normativlər Azərbaycandan aşağı ola bilər. Bu, bir faktdır ki, məsələn, Türkiyənin tibb təhsili Azərbaycanın tibb təhsilindən xeyli dərəcədə keyfiyyətlidir.

Xaricdə təhsil alan azərbaycanlı tələbənin oradakı tədris normativini ölçməkdənsə, aldığı təhsilin keyfiyyətini nəzərə almaq daha məqsədəuyğun deyilmi?

Yeni dəyişiklik doğrudanmı ixtisaslı mütəxəssis hazırlığına yönəlib, yoxsa xaricdə təhsilin qarşısını almağa? Məlumdur ki, ölkəmizdə ali təhsil kifayət qədər baha və keyfiyyətsizdir. Buna görə də xaricə, xüsusilə də Türkiyəyə kütləvi axın var. Bu isə həm də külli miqdarda vəsaitin xaricə axması deməkdir.

GUNDEMXEBER.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, beynəlxalq arenada qəbul edilmiş kreditlərin həcmi var və diplomların kvalivikasiyası zamanı bu amil nəzərə alınır:

“Məsələn, tibb, hüquq, mühəndislik ixtisasları üzrə beynəlxalq arenada təsdiq edilmiş proqramın mənimsənilməsi üçün müəyyən edilmiş vaxt və kreditin həcmi var. Çox təəssüf ki, bəzi ölkələrin ali təhsil müəssisələrində daha az müddət ərzində bu kvalivikasiyanı yerinə yetirməyə çalışırlar. Ancaq bu düzgün deyil. Ona görə də xaricdə təhsil almağa gedən şəxslər bunu bilmir. Onlar qəbul olunduqları universitetlərdə, hətta bu kifayət qədər tanınmış ali təhsil müəssisəsi olsa belə, təhsil müddəti ərzində əldə edilmiş kreditlərin həcmi yetərli olmayanda diplomların tanınmasından imtina olunur və bu, ciddi bir problemə çevrilir. Hesab edirəm ki, burada qərar beynəlxalq təcrübəyə əsaslanmalıdır. Məsələn, dünya reytinqdə ilk yerlərdə olan universitetlərdə təhsil alan tələbələrin diplomları birbaşa tanınmalıdır. Yəni onları hər hansı yoxlamaya cəlb etmək olmaz. Onlar dünya reytinqli universitetlərdir. Burada tanınma qismən, yaxud tam tanınma ola bilər. Çünki həmin təhsilin müddətini tələbə müəyyənləşdirmir. O, çıxıb gedib universitetə, hətta burada hərbi xidmətə sənədlərini də təqdim edib. Ümumiyyətlə, təhsil müddəti və kreditlərin həcmi ilə bağlı məhdudiyyət tətbiq etmək olmaz”.

Ekspert deyir ki, ən vacib məqam həmin şəxsin biliyinin yoxlanılmasıdır:

“Xüsusilə də bütün digər ixtisaslar istisna olmaqla tibb, hüquq yoxlanılmalıdır. Ancaq digər ixtisaslarda- mühəndis, mühasib kimi ixtisaslarda təhsil alanları yoxlamağa ehtiyac yoxdur, onun savadlılığını, bilik və bacarıqlarının səviyyəsini işə götürən müəyyənləşdirəcək. Ümumilikdə Azərbaycanda 7-8 il bundan öncə ilə müqayisədə diplomların tanınması şəffaf şəraitdə həyata keçirilir. Kənar müdaxilə yoxdur. Ancaq ən vacib məqam biz nəyi və necə yoxlayırıq məsələsidir. Burada təhsilin müddəti və kreditin həcmi məsələsinə görə tələbənin diplomlarının tanınmasından imtina edilməsi həmin şəxsin hüququnun məhdudlaşdırılması olacaq. Çünki heç kim müəyyənləşdirmir ki, o, nə qədər təhsil alacaq. Ona görə də biz xüsusi, spesifik ixtisaslarda təhsil alan şəxslərin bilik və bacarıqlarını yoxlayıb ölçsək, bu, daha yaxşıdır. Məsələn, həkim Malayziyada, Türkiyədə, Azərbaycanda da həkimdir. Onların eyni xəstəliyə qarşı eyni müalicə üsulları var. Bunun da yoxlanılıb ölçülməsi kifayət qədər rahatdır. Əslində agentlik deyir ki, məsələn 250 kredit toplamalıydınız, 230 kredit toplamısız, gəlin onu ADTU də tamamlayın. Bu, mümkün bir təcrübədir. Biz hazırda keyfiyyəti yoxlamırıq, kəmiyyətə baxırıq. Ancaq kəmiyyət bizə lazımdırmı? Ona görə də biz həmin şəxsin, xüsusilə də praktik ixtisaslarda təhsil alan gənclərin bilik və bacarıqlarını yoxlasaq, bizə daha çox uğur gətirə bilər, nəinki o müddətə görə ona məhdudiyyət tətbiq etmək”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Tələbələrin təqaüdləri bağlı YENİ QƏRAR - Qaydalar dəyişdi

    Tələbələrin təqaüdləri bağlı YENİ QƏRAR - ...

    3-04-2019, 10:13

  • 
  • Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

    Təhsil Nazirliyi diplomların tanınması sahəsində ...

    5-09-2018, 16:21

  • 
  • Yeni qəbul qaydaları nə vaxt təsdiqlənəcək?

    Yeni qəbul qaydaları nə vaxt təsdiqlənəcək? ...

    28-12-2017, 13:29

  • 
  • Kimlərə möhlət hüququ veriləcək? –Hərbi xidmətlə bağlı qanuna dəyişiklik oldu

    Kimlərə möhlət hüququ veriləcək? –Hərbi xidmətlə ...

    31-05-2016, 23:55


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu