GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SABİQ MTN ƏMƏKDAŞI NİYƏ ÖLDÜRÜLDÜ? - Havaya açılan atəş, narkotik, məhv olan həyatlar

SABİQ MTN ƏMƏKDAŞI NİYƏ ÖLDÜRÜLDÜ? - Havaya açılan atəş, narkotik, məhv olan həyatlar

Tarix: 25-12-2021, 14:57 Bölmə :Cəmiyyət Baxış: 352

Bakıda kürəkənini güllələyən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətlə yetirilən şəxs sabiq MTN əməkdaşı imiş. Onun atası isə iş adamıdır. Mərhum narkotik vasitə istifadəçisi və spirtli içki aludəçisi olub.

59 yaşlı Azər Cəfərov ötən il dekabrın 13-də Xəzər rayonu ərazisində yerləşən bağ evində 35 yaşlı kürəkəni Rəşad Məmmədovu güllələyərək qətlə yetirib.

Hadisəyə səbəb Rəşad Məmmədovun həyat yoldaşı Nigarla tez-tez mübahisə etməsi, narkotik istifadəçisi olduğu üçün ailəsində problemlər yaranması olub. Buna görə ailə üzvləri arasında dəfələrlə mübahisələr baş verib. Rəşadla Nigar daha əvvəl də boşanmaq mərəhələsinə çatsalar da, ağsaqqallar onları barışdırıb. Amma ikinci cəhddə onlar boşanıb.

Hadisə günü Rəşad qayınatasının yanına gələrək övladları ilə görüşə bilmədiyini söyləyib və onunla münahisə edib. Mübahisə zamanı Rəşad söyüş söyüb və buna görə də qayınatası onu güllələyib.

Qətli törədən Azər Cəfərov ifadəsində deyib ki, qızı Nigar Rəşadla ailə həyatı qurduqdan iki ay sonra onların problemləri yaranmağa başlayıb: “Nigar Rəşadın narkotikdən istifadə etdiyini, içki içdiyini, onu incitdiyini deyirdi. Amma ailəsi dağılmasın deyə dözürdü. Dəfələrlə dava-dalaş olub. Nigar bizim evimizə gələndə Rəşad onların arxasınca gəlib səs-küy salırdı. Bir dəfə boşanmaq istəyəndə mən və qudam onları barışdırdıq. Rəşadın müalicə alması üçün hər şey etdik. Ailəsi də buna görə çox çalışdı. Amma olmadı.

Vəziyyətin düzəlmədiyini görəndə qızım yenidən boşanmaq qərarı verdi. Qızım boşandıqdan sonra mənim yanımda yaşamağa başladı. Nə biz, nə də qızım Rəşadın övladları ilə görüşməsinə problem yaratmırdıq. İstədiyi vaxt uşaqları görə bilərdi. Bir gün qızlardan biri xəstələnmişdi. Ona görə də atası ilə görüşə bilmədi. Rəşad da buna görə mənə zəng edib aqressiv şəkildə danışdı. Harada olduğumu soruşdu. Mərdəkanda bağda olduğumu dedim”.

Azər Cəfərovun sözlərinə görə, Rəşad onun evinə gələndə evdə tək olub. Bu zaman Rəşad onunla kobud danışıb, söyüş söyüb: “Evdə tək olduğum üçün söyüşləri heç kim eşitmirdi. Lənət şeytana deyib səbrimi sıxdım. Hətta ona dedim ki, məsələni böyütməsin. Vaxt gələr, yenidən barışarlar. Mən nə qədər onu sakitləşdirməyə çalışsam da, Rəşad daha aqressivləşirdi. Mənə qızımı və ailə üzvlərimi öldürəcəyini dedi. Bütün ailə üzvlərimi, dədəmin qəbrini də söydü. Bundan sonra özümü saxlaya bilmədim. Evdən ov tüfəngimi götürüb həyətə çıxdım. Ona atəş açdım”.

Sualları cavablandıran Azər Cəfərov deyib ki, ovçular cəmiyyətinin üzvüdür və 4 ov tüfəngi var. Silahlardan üçü şəhərdəki evində, biri isə bağ evində olub.

Azər Cəfərov silahla çölə çıxandan sonra baş verənləri xatırlamadığını deyib. O bildirib ki, bir neçə dəqiqə sonra bağbanının onu çağırdığını eşidib. Bundan sonra bağban təcili yardıma, Azər Cəfərov isə polisə məlumat verib.

Təqsirləndirilən Azər Cəfərovun qızı məhkəmədə şahid qismində dindirilib. O, keçmiş əri Rəşadın narkotik istifadəçisi olduğunu və ailələrinin də məhz buna görə dağıldığını təsdiqləyib: “Toydan iki ay sonra onun nəşə çəkdiyini bildim. Evdə narkotik vasitələr görürdüm. Bir neçə dəfə Rəşad hamamda narkotik vasitə istifadə edəndə halı pisləşmişdi.

Narkotikdən istifadə edəndən sonra evdə dava-dalaş salırdı. Onun müalicə alması üçün çox çalışdıq. Biz də ailə üzvləri də onu Türkiyəyə, başqa ölkələrə müalicəyə göndərdik. Amma alınmadı”.

Nigar ifadəsində Rəşadın tapançası olduğunu da deyib. O bildirib ki, bir gün atası ölkə xaricində olanda Rəşad bağ evlərinə gəlib. Aralarında mübahisə olan zamanı Rəşad belindən silahı çıxararaq havaya atəş açıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşad hadisə baş verən yerə “Lexus” markalı maşını ilə gəlib. Onun maşınına baxış keçirilən zaman silah aşkar edilib. Amma güllələsi olmayıb.

Nigar qeyd edib ki, Rəşad atasının fabrikində müavin işləyirmiş. Amma içki aludəçisi və narkotik istifadəçisi olduğu üçün işə getmirmiş.

Mərhumun atası və qardaşı da məhkəmədə ifadə verib. Onlar Rəşadın narkotik istifadə etdiyini biliblər. Rəşadın müalicəsi üçün, ailəsinin dağılmaması üçün əllərindən gələni edən ailə təəssüf ki, buna nail ola bilməyib.

Rəşadın ailə üzvləri onu da deyiblər ki, mərhumla Nigar arasında baş verən mübahisələrin başqa səbəbi də var. Onlar səbəbkarın Nigarın anası olduğunu deyiblər. Bildiriblər ki, Nigarın anası tələb edirmiş ki, Rəşad şəhərdə ayrı ev alaraq ailəsini oraya köçürsün.

Mərhumun qardaşı qeyd edib ki, Rəşadla Nigarın münasibətləri elə də pis olmayıb. Onlar birlikdə dəfələrlə xarici ölkələrə səhayətə gediblər. Nigarla münasibətləri pisləşəndə Rəşad ona bahalı hədiyyətlər alırmış.

Məhkəmədə məlum olub ki, mərhum Rəşad Məmmədov ləğv edilmiş Mill Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili vəzifəsində xidmət keçib. 2007-ci ildə xəstəliyə görə leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Məhkəmənin yekununda qətli törədən şəxs əməlindən peşman olduğunu deyib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Azər Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 18 yaşlı çempionumuz yarış günü özünü atasına görə asıb — Təfərrüat

    18 yaşlı çempionumuz yarış günü özünü atasına ...

    13-07-2017, 11:55

  • 
  • Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

    Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc ...

    23-06-2017, 13:12

  • 
  • Azərbaycanda narkomanların sayı artır

    Azərbaycanda narkomanların sayı artır ...

    18-02-2016, 20:34

  • 
  • Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin qətlə yetirildiyi üzə çıxdı (FOTOLAR)

    Bakıda intihar etdiyi bildirilən 35 yaşlı kişinin ...

    19-10-2016, 16:58

  • 
  • Gədəbəydə baş vermiş qorxunc faciənin təfərrüatları məlum olub - YENİLƏNİB

    Gədəbəydə baş vermiş qorxunc faciənin ...

    6-10-2017, 11:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu