Bu günlərdə media haqqında tərtib olunmuş yeni qanun layihəsi növbəti dəfə Milli Məclisin müzakirəsinə çıxarılıb.
Qeyd edək ki, media haqqında tərtib olunmuş yeni qanun bir çox media ekspertlərinin, eləcə də media mənsublarının haqlı narazılıqlarına səbəb olmuşdur. Belə ki, yeni qanunda nəzərdə tutulan bir çox maddələr, media və söz azadlığına qarşı çıxılan, eyni zamanda azad medianın fəaliyyətində kifayət qədər məhdudlaşdırıcı müddəalar yer alır. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və eyni zamanda İnzibati Xətalar Məcəlləsinin bəzi maddələri ilə ziddiyyət kəsb edir.
GundemXeber.Az dogruxeber.az-a istinadla xəbər verir ki,media mənsublarının və cəmiyyətin etirazına səbəb olan bu qanun layihəsinə qarşı müxtəlif platformalarda media ekspertləri geniş müzakirələr ediblər. Onlar öz çıxışlarında tərtib olunmuş yeni layihənin beynəlxalq hüquqi normalara zidd olduğunu və bu layihənin dərhal yenidən işlənib, ictimaiyyətin, eləcə də media nümayəndələrinin müzakirəsinə çıxarılmalı olduğunu açıq şəkildə bəyan ediblər. Amma, təəssüflər olsun ki, bu gün Media İnkişaf Agentliyi (MİA), həmçinin müəyyən maraqlı dairələr yeni tərtib olunmuş mürtəce qanunun qüvvəyə minməsi üçün böyük səy göstərərək, tələsik təsdiq olunmasının intizarindadırlar. Bu isə gələcəkdə cəmiyyətdə böyük narazılıqlara səbəb olacaq bir amildir.
Bütün bunlar barəsində media eksperti - hüquqşünas Ələsgər Məmmədlinin geniş çıxışını təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?