Gundemxeber.az » Ölkə » Cəmiyyət » BNA: "Bugünkü avtobus qəzasına görə məsul şəxslərdən izahat alınıb"
Bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzasına görə məsul şəxslərdən izahat alınıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.
Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.
Gundemxeber.Az
11-07-2017, 20:38
10-08-2018, 23:48
14-07-2021, 12:50
17-07-2016, 17:49
19-10-2020, 10:53
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?