Gundemxeber.az » Ölkə » Cəmiyyət » Toylara görə daha bir nəfər cərimələnib
Yanvarın 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 64 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən verilən məlumata görə, monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 7 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Gundemxeber.Az
29-07-2021, 11:30
31-07-2021, 10:00
31-07-2021, 10:00
18-08-2021, 11:00
2-08-2021, 11:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?