Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında qanuna dəyişiklik edildi
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Dəyişikliyə əsasən, qanuna aşağıdakı yeni maddə əlavə edilib:
- Əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Bu Qanun 2021-ci il sentyabrın 1-dən tətbiq edilir.
Gundemxeber.Az
11-02-2014, 01:49
29-06-2020, 17:08
13-07-2017, 22:58
28-11-2013, 21:29
22-12-2015, 14:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?