Gundemxeber.az » Ölkə » Cəmiyyət » Prezidentin fəxri ad verdiyi şəxs merin müşaviri imiş
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ay 17 dekabr 2021-ci il tarixində bir neçə memarla bərabər Məmmədov Kamil Müzəffər oğluna da "Əməkdar memar” fəxri adı verib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Kamil Məmmədovu özünə müşavir təyin edibmiş.
Qeyd edək ki, Kamil Məmmədov 2006-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətində Memarlıq və şəhərsalma idarəsində baş rəssam, baş memarın müavini, Memarlıq və tikintiyə Dövlət nəzarəti müfəttişliyinin rəisi vəzifəsində işləyib. 2011-2016-cı illərdə Sumqayıt şəhər İcra Hakimiyyətində Memarlıq və Şəhərsalma idarəsinin rəis müavini, daha sonra Bakı şəhəri Səbail rayonunun baş memarı olub. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Azərbaycan Memarlar İttifaqının Yerli İdarəetmə orqanlarının memarlıq xidmətləri üzrə komissiyanın sədri olan Məmmədov Kamil Müzəffər oğlu 1955-ci ildə Salyan şəhərində anadan olub.
Gundemxeber.az
13-02-2021, 12:55
10-09-2015, 18:48
16-07-2018, 17:00
28-04-2021, 16:48
17-07-2018, 12:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?