GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Lüks həyatı ilə diqqət çəkdi, özünü DTX işçisi kimi göstərdi: “Bizə moşenniklərdən danışırdı”

Lüks həyatı ilə diqqət çəkdi, özünü DTX işçisi kimi göstərdi: “Bizə moşenniklərdən danışırdı”

Tarix: 12-01-2022, 11:39 Bölmə :Cəmiyyət Baxış: 220


Külli miqdarda dələduzluqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır. Zərərçəkmiş tərəf deyir ki, həmin şəxs özünü DTX əməkdaşı kimi təqdim edib.


Gundemxeber.Az xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Şamxal Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması apelyasiya instansiyasında davam etdirilib.

Cinayət işi materiallarında yazılır ki, zərərçəkmiş kimi tanınan şəxs Rəşid Məmmədovdur. Rəşid Məmmədov həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək etməsi üçün Şamxal Kərimova 67 min manat pul verib.

Rəşid Məmmədovun oğlu terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilək həbs edilən 11 nəfərdən biri olub. Həmin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutub. Səs-küylü və qalmaqallı iş üzrə bir müddət əvvəl hökm elan edilib. Hökmə əsasən, Rəşid Məmmədovun oğlu Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin iş üzrə hələ məhkəmə araşdırması başlamadığı ərəfədə Rəşid Məmmədov Şamxal Kərimovla tanış olub. Bu tanışlıq Rəşid Məmmədovun qızı Firuzə Məmmədova vasitəsilə yaranıb.

Belə ki, Şamxal Kərimov bu hadisələrdən bir müddət əvvəl Firuzə Məmmədova ilə tanış olub. Şamxal Kərimov sabiq polis əməkdaşı olub. Firuzənin qardaşının həbs edildiyini bildikdə onlara kömək edəcəyini vəd edib. Şamxal Kərimov daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyi üçün işdən qovulub.

Firuzə Məmmədova bu barədə ailəsinə məlumat verdikdən sonra Rəşid Məmmədov və kürəkəni Kənan İsmayılov bir neçə dəfə Şamxal Kərimovla görüşüb və 67 min manatı hissə-hissə ona veriblər. İttihamda yazılır ki, Şamxal Kərimov Rəşid Məmmədovun etibarından sui-istifadə edərək həmin pulu ələ keçirib.

Rəşid Məmmədovun xanımı Esmira Məmmədova ifadəsində göstərib ki, Şamxal Kərimov özünü DTX əməkdaşı kimi təqdim edib. Onlar da Şamxal Kərimova inanaraq pul veriblər.

"Bu gün də banklara kredit ödəyirəm. Ona görə yanıram ki, bizim hislərimizlə oynadı. Balamız həbsdə idi. Saman çöpü də axtarırdıq ki, yapışaq. Bu adamı qızımın vasitəsilə tanımışıq. Deyirdi ki, iki məhkəməyə oğlum azadlığa çıxacaq. Ümumilikdə 67 min manat vermişik. Əvvəldən şübhələnmişdim. Amma sonra dedi ki, orqan işçisiyəm. Düşündüm ki, bəlkə də, qismətdir.

Qızımla Tovuzda tanış olub. Mağazada görüşüblər. Qızımdan xoşu gəldiyini, tanış olmaq istədiyini deyib.
“Mən nə bilim ki, belə olacaq? Tovuzdan olmayan bir adam rayonda nə gəzirdi? Fikirləşdim ki, sırf bu iş üçün gəlib" - deyə, Esmira Məmmədova başına gələnləri danışıb.

Şamxal Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsində şahidlərin dediklərinə münasibət bildirərək söyləyib ki, özünü DTX əməkdaşı kimi təqdim etməyib: "Deyilənlərin hamısı yalandır. Pul Bəkir adlı şəxsə verilib. Mən 2018-ci ildə polisdən öz ərizəmlə çıxmışam".

Amma Bakı Apelyasiya Məhkəməsində əməlini səmimi etiraf edib və peşman olduğunu bildirib.

Bu hadisələrin əsas iştirakçısı olmuş şahid Kənan İsmayılov da dindirilib. O, Şamxal Kərimovla danışıqları, görüşləri barədə məhkəməyə bildiklərini danışıb:

"Firuzə Məmmədova mənim baldızımdır. Şamxalı da ona görə tanımışıq. Əvvəl bu işə görə başqa bir adama 70 min manat vermişdik. Amma iş alınmadığı üçün pulu istədik. 50 minini qaytardı. Sonra da 20 minini verəcəkdi. Baldızım Şamxala demişdi ki, qardaşı Babəkin işinə görə bir nəfərə pul verib, amma iş alınmır. Şamxal da ona deyib ki, mən həll edərəm. Belə qərara gəldik ki, Şamxalla biz görüşək. Qayınatam Rəşid Məmmədovla danışdı.

Biləcəridə yerləşən "Bulaq" restoranında görüş təyin etdi. Biz gedəndə mürəbbəli çay içirdi. Bir az söhbət elədik. Ona daha əvvəl başımıza gələnləri danışdıq. Dedik ki, bahalı maşınla gələn, bahalı ofisdə olan bir adam bizə söz versə də, əməl etmir. Bu da bizə dedi ki, moşenniklərin variantı elə olur. Yəni bahalı maşınla görüşə gəlirlər, bahalı ofislərdə otururlar və sair.
Söhbətin sonunda razılaşdıq ki, biz ona 20 min manat verək. Sonrakı pulu da hissə-hissə verərik. Bizə deyirdi ki, qısa zamanda işi həll edəcək.

Bütün hüquq-mühafizə orqanlarından məlumatlı idi. Deyirdi ki, bu iş polisə, DTX-ya, Baş Prokurorluğa tapşırılıb".

Kənan İsmayılov deyib ki, Şamxal Kərimov ilk görüşə gələndə "Porsche" markalı avtomobillə gəlib. Sonra isə başqa lüks avtomobillərdə gəlirmiş.

Kənan İsmayılov ifadəsinin davamında Şamxal Kərimovun onlara verdiyi vədlər haqda danışıb: "Deyirdi ki, bu iş Ali Məhkəmənin sədri Ramiz Rzayevə də tapşırılıb. İşə baxan hakim də Səbuhi Hüseynovdur. Bu deyirdi ki, iş həll olub. Səbuhi Hüseynovun qabağına nə qoysalar, onu da oxuyacaq.

40 min manatı Babəkin azadlığa çıxması üçün verdik. Sonra da pul istədi. Həmin pulu da digər uşaqlara görə istədi. Dedi ki, əgər təkcə Babəki buraxsalar, səs-küy olacaq. Buna görə də digər həbs edilənlərə də kömək etmək lazımdır. Şamxal söylədi ki, həmin işdə bir nəfərə cəza kəsiləcək. Babək və digərləri azadlığa buraxılacaq".

Məhkəmədəki ifadələrdən məlum olub ki, Şamxal Kərimov həmin ərəfədə Novruz bayramından sonra Firuzəyə elçi gedəcəkmiş. Şamxal Kərimov deyirmiş ki, Novruz bayramına qədər də Babək Məmmədlini həbsdən çıxaracaq.

Şamxal Kərimova necə inanması ilə bağlı suallara cavab verən Kənan İsmayılov deyib ki, onu qısa müddətdə tanısa da, çox etibar edib: "Hüquq-mühafizə orqanlarında hamını tanıyırdı, hər şeyi bilirdi. Dedikləri ilə məni çox inandırdı. Onunla yaxın münasibət də yaranmışdı. Belə bir adamı tanıdığım üçün sevinirdim. Hətta mən Şamxala "gələcəyin bacanağı" da deyirdim. Ona o qədər inanırdım".

Məhkəmənin hökmü ilə Şamxal Kərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən hər iki tərəf narazı qalıb. Zərəçəkmiş tərəf şikayət verərək Ş.Kərimova 10 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Şamxal Kərimov isə daha aşağı həddə cəza təyin edilməsi üçün məhkəməyə üz tutub.

Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İş adamına 400 min manat pul "atan" qadınlar HAKİM QARŞISINDA

    İş adamına 400 min manat pul "atan" ...

    17-01-2018, 17:51

  • 
  • "Sonra mən eşitdim ki, onun çox adama borcu var" - Arif Əsgərovun oğlunun sürücüsü məhkəmədə ifadə verib

    "Sonra mən eşitdim ki, onun çox adama borcu ...

    19-03-2018, 12:53

  • 
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21

  • 
  • Dələduz kardioloqa hökm oxundu

    Dələduz kardioloqa hökm oxundu ...

    27-12-2017, 14:41

  • 
  • "AG Bank”dan pul mənimsəməkdə ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır

    "AG Bank”dan pul mənimsəməkdə ittiham olunan ...

    4-03-2021, 11:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu