Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən həkim-kardioloq Azər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Qeyd edək ki, A. Məmmədov Sumqayıtda yerləşən klinikaların birində həkim-kardioloq işləyib.
O, klinikaya yeni tibbi avadanlıqlar gətirmək adı ilə iş adamlarına qarşı ümumilikdə 60 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?