GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan 4 günlük iş rejiminə keçir?

Azərbaycan 4 günlük iş rejiminə keçir?

Tarix: 12-01-2022, 18:10 Bölmə :Cəmiyyət Baxış: 351

2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da, bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.

Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.
Beləliklə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Budan əlavə, bu günlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic” də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.
Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələri davam edirlər.
Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. Hətta rəsmi Moskva bir neçə dəfə bəyan edib ki, həftədə 4 günlük iş rejiminə keçidlə bağlı uyğun variantlar nəzərdən keçirilir. Əmək Nazirliyi eksperiment olaraq Rusiyanın 30 regionunda 266 kiçik və orta sahibkarlıq subyektində tətbiq etməyi planlaşdırır.
Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əməkhaqlarının da həcminin də azalmasına səbəb ola bilər:
Gundemxeber.az xəbər verir ki, məsələni "Report"a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, həftəlik iş günlərinin qısaldılmasında əsas məqsəd ödənişlərin azaltmaq deyil, iş keyfiyyətini artırmaqdır:
"Artıq dünyada tanınmış bir sıra özəl təsərrüfat subyektləri, iri korporasiyalar iş günləri ilə bağlı fərqli yanaşmalar tətbiq edir. Pandemiya dövründə bu məsələ daha da aktivləşib. Hətta "Google” kimi bir sıra beynəlxalq iri şirkətlər əməkdaşın işə gəlməsi və getməsi, həmçinin onun nə zaman istirahət etməsi ilə bağlı qərarı işçinin öz ixtiyarına buraxır. Belə şirkətlərdə əməkdaşa yalnız tapşırıq verilir və o tapşırığı icra etmək üçün müddət müəyyən edilir. Yəni bu vəzifəni əməkdaş nə zaman və necə icra edəcək, özü bilər. Şirkətə əsas nəticə lazımdır!
ABŞ-da yaşayıb, işləyən insanlar var ki, pandemiya dövründə ölkəmizə gəliblər. Amma heç bir problem olmadan buradan öz işlərini onlayn qaydada idarə edirlər. Çünki mərkəzi serverlər onlayn formatda işlər görülməsinə imkan yaratdığı üçün işçinin öz vəzifələrini yerinə yetirmək üçün işlədiyi yerə gəlməsinə ehtiyac olmur.
Şərq və müsəlman ölkələri arasında ilk dəfə BƏƏ bu sistemi tətbiq etməyə başladı. İslam aləmində həftənin cümə günü müqəddəs gün olduğu üçün bu ölkə Qərbdə formalaşmış iş rejimini tətbiq etməyə başladı. Hesab edirəm ki, bundan sonrakı dövrlərdə də digər dövlətlərdə də buna oxşar qərarların şahidi olacağıq.
Şirkətlərdə və ölkələrdə bu tipli qərarların qəbul edilməsinin əsas məqsədi ödənişlərə yaxud pula qənaət edilməsi deyil, görülmüş işlərin keyfiyyətinin yüksəldilməsidir. Çünki artıq cəmiyyət yaxud insan psixologiyası elə bir səviyyəyə çatıb ki, insanlar daha çox işlədiyi zaman keyfiyyət aşağı düşür. Əgər insan düşünürsə ki, həftənin 4 günü işləyib, 3 gün istirahət edəcək, o zaman çalışır ki, 4 gündə daha çox məhsuldarlıq ortaya qoysun. Bu isə həm əməkdaşın, həm də onu işə götürən şirkətin qazanması deməkdir.
Bir məsələni də nəzərə almaq lazımdır ki, əməkdaşın iş yerinə 1 gün artıq gəlməsi o şirkətə müəyyən məbləğdə xərc sərf edir. Bu özünü işıq, su, internet kimi xidmətlərdə, bəzi şirkətlərdə hətta nahar xərclərində özünü büruzə verir. Amma 4 gün işləyib 3 gün dincəlmək həm iş keyfiyyətini artırır, həm əməkdaşın işəgötürənə münasibətini yaxşılaşdırır, həm də xərcləri azaldır. Bir sözlə hansı kontekstdən baxsaq, həftədə 4 günlük iş rejimi özünü real olaraq doğruldur.
Düşünürəm ki, ölkələrdə bununla bağlı qərarlar tədricən veriləcək və yəqin ki, buna zaman tələb olunur deyə bir qədər bu strajeti qərarın verilməsi vaxt alır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil:
"Əmək Məcəlləsinə əsasən ölkədə bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz”.
Qurumun açıqlamasında deyilir ki, bu qərar özəl sektora da şamil edilir: "Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən asılı olmayaraq hər kəsə şamil edilir.
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Məcəllənin 107-ci maddəsinə əsasən, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir”.


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını ...

    18-01-2016, 15:06

  • 
  • Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı

    Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük ...

    13-12-2019, 20:57

  • 
  • Xüsusi karantin rejiminə ordunun müvafiq bölmələri də nəzarət edəcək

    Xüsusi karantin rejiminə ordunun müvafiq ...

    3-07-2020, 21:17

  • 
  • Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır

    Bu həftə Azərbaycanda 5 günlük tətil başlayır ...

    28-12-2020, 11:34

  • 
  • Məktəblərdə tətil günləri AÇIQLANDI

    Məktəblərdə tətil günləri AÇIQLANDI ...

    18-03-2017, 12:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu