Məsələ ilə bağlı prodüser “Facebook” sosial şəbəkə hesabında açıqlamasını paylaşıb.
Aparıcısı olduğu verilişdə səsləndirdiyi fikirləri belə əsaslandırıb:
“Əslində bu haqda açıqlama vermək də istəmirdim, amma görürəm ki, bəzi səhifə işlədənlər və o videonu görənlər bildi-bilmədi fikir bildirirlər. Nəinki, mən heç bir vətəndaş zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra heç bir əsgər, zabit və maxemizə pis fikir bildirməyə haqqı belə çatmaz.
“TikTok” sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədi, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə də susdu, yayılmış videoya diqqətlə baxsanız, görünür ki, o MAXE deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da yalnız ona bildirmişəm.
İndi isə sizə sualım var: Hansısa maxenin, ya da başqa peşə sahibinin sizin ailə üzvlərinizə və ya rəhmətliklərinizə söyməyə haqqı var?”
16:20
Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.
“Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:
“MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?