Prodüser Tolik canlı yayımda müğənni Dilarə Kazımovanı utandırıb.
Tolik Dilarədən niyə birdən-birə açıq-saçıq fotosessiyalar etdirdiyini soruşub: “Mən səni tanıyırdım, “Eurovision” müsabiqəsi zamanı yemək yeyəndə belə utanırdın. Amma sonradan dəyişdin. Təzəcə boşanmışdın, soyundun. Niyə belə elədin? Yemək yeyəndə utanırsan, amma kamera görəndə özünü açıb buraxırsan”.
Verilişdə qonaq olan müğənni Nura Suri isə Kazımovanı müdafiə edib: “O, sənət adamıdır. Aktrisa kimi davranır. Həm də Dilarənin vücudu gözəl olduğu üçün vulqar görünmür”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?