GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi? – Polkovnik-leytenantın ifadəsi

Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi? – Polkovnik-leytenantın ifadəsi

Tarix: 15-01-2022, 14:11 Bölmə :Cəmiyyət Baxış: 322

Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsi ilə əlaqədar cəzalandırılan şəxslərdən biri- xidmətdən qovulan polkovnik-leytenant Füzuli Qurbanov istintaqa ifadəsində hadisənin necə baş verdiyini detallı danışıb.

Gundemxeber.Az bildirir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun ondan şikayətə gələn arvadı Xanım Məmmədovaya uşaqlarının gözü qarşısında 15 dəfə atəş açaraq qətlə yetirməsi ilə bağlı məhkəmə prosesinə start verilib.


X.Məmmədovanın şikayətini araşdıran F.Qurbanov qadının əri, elə həmin şöbədə işləyən İsmayıl Məmmədova bu barədə məlumat verərək şöbəyə çağırıb. Onun şikayətçi qadının şöbədə olduğu vaxt polis işləyən ərini ora çağırması ictimai şəxslər tərəfindən tənqid olunub.

Füzuli Qurbanov isə qətllə bağlı istintaqa ifadəsində deyib ki, ötən il sentyabrın 29-da DİN-nin 102 xidmətindən şöbənin növbətçi hissəsinə Məmmədova Xanım Musa qızının əri tərəfindən döyülməsi barədə müraciəti daxil olub: “Yoxlamanın aparılması şöbə rəisi tərəfindən növbədə olduğum üçün mənə tapşırıldı. Sahə inspektoru və əməliyyat müvəkkili ilə birgə Xanım Məmmədovanın müraciətində göstərilən ünvana getdik. Lakin qapını açan olmadı. Daha sonra Xanım Məmmədova ilə telefonla əlaqə saxladım və olduğu yerə gedib izahatını almaq istədiyimi bildirdim. Amma vətəndaş Biləcəri qəsəbəsində olduğunu, dəqiq ünvanı bilmədiyini, özünün sabah şöbəyə gələcəyini dedi. Sentyabrın 30-u səhər 7:30-da Xanım Məmmədova azyaşlı övladları və bibisi ilə birlikdə şöbəyə gəldi. Onları xidməti otağımda qəbul etdim və Xanım Məmmədova ilk olaraq şifahi qaydada başına gələnləri danışdı. O, yersiz qısqanclıq səbəbindən əri tərəfindən döyüldüyünü dedi. Onun rəsmi qaydada izahatı və ərizəsini aldım, daha sonra ekspert müayinəsindən keçməsindən ötrü qərar təqdim etdim. Növbəni təhvil verib evə getməli olduğum üçün işlərini tez yekunlaşdırmaq məqsədilə, Xanımın mənə verdiyi əri İsmayılın mobil telefon nömrəsinə zəng edərək izahatının alınmasından ötrü şöbəyə dəvət etdim”.

F.Qurbanov qeyd edib ki, İsmayıl Məmmədovu çağırarkən ona nə ilə əlaqədar izahatının alınacağı haqda məlumat verməyib: “Həmin vaxt Xanım Məmmədova əri ilə üzbəüz gəlmək istəmədiyini dedi. Mən artıq onunla bağlı işləri yekunlaşdırdığımı və əri gələnədək şöbədən gedəcəyini dedim. Xanım Məmmədova ərinin polis olması, eləcə Nizami RPİ-də xidmət aparması ilə bağlı mənə nə şifahi, nə də ki, yazılı məlumat vermişdi.


Xanım Məmmədova getmək üçün otaqdan çıxmağa hazırlaşan zaman İsmayıl Məmmədovun Nizami RPİ-nin PPX əməkdaşı olduğu və artıq şöbədə növbətçi hissənin qarşısında dayandığı barədə mənə məlumat verdilər. Mən Xanım Məmmədovadan hansı səbəblərə görə ərinin polis əməkdaşı olduğunu mənə demədiyini soruşdum. O isə heç bir cavab vermədi.

Mən dərhal materialın aidiyyəti üzrə göndərilməsi üçün daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə etdim. İsmayıl Məmmədovun polis əməkdaşı olduğunu və hazırda şöbədə olduğunu dedim. Şöbə rəisi Seymur Qarayev mənə tapşırdı ki, İsmayılı onun qəbuluna gətirim. İsmayılı rəisin otağına apardım, Seymur Qarayev arvadını döyməsi ilə bağlı İsmayıla iradlarını bildirdi. Daha sonra ona şöbədə material toplanması ilə bağlı bölük komandirini məlumatlandırmasını və xidmətinə geri qayıtmasını tapşırdı. Bundan sonra şöbə rəisi Seymur Qarayev idarə rəisinə məruzə edəcəyini, tam məlumatlı olması üçün Xanım Məmmədovanı da dinləyəcəyini dedi.

Rəisin xidməti otağından çıxanda İsmayılın qəbul otağının qarşısında dayandığını gördüm və İsmayıla xidmətinə qayıtmasını tapşırdım. İsmayıl isə indilərdə gedəcəyini dedi. Mən xidməti otağımda gözləyən Xanımla birlikdə rəisin qəbuluna getdik. Seymur Qarayev Xanımı da dinlədi və əri İsmayılın qanun qarşısında cavab verəcəyini dedi. Rəis mənə materialın aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməyimi tapşırdı. Xanımla birlikdə rəisin xidməti otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etdi. Xanım isə artıq hər şeyin gec olduğunu dedi”.

Polis polkovnik-leytenantı bildirib ki, bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırıb və Xanımla birlikdə xidməti otağına gedib: “Bir neçə saniyə sonra İsmayıl da otağa daxil oldu. Həmin vaxt mən yarım əyilmiş vəziyyətdə ayaqüstə masa üzərindəki materialları nəzərdən keçirirdim. Xanımla bibisi mənlə üzbəüz, Xanımın azyaşlı övladları isə divanda oturmuşdu.

İsmayıl uşaqları ilə görüşmək üçün otağa daxil olduğunu, görüşüb gedəcəyini dedi. Ona tez uşaqları ilə görüşüb otaqdan çıxmasını tapşırdım və öz işimə davam etdim. Elə bu zaman ani olaraq atəş səslərinə başımı qaldırdım və İsmayılın sağ əlində xidməti silahını tutmaqla ard-arda arvadı Xanıma atəşlər açdığını gördüm.

Bu səhnəni görən kimi Xanıma əlavə güllələrin dəyməsinin qarşısını almaq məqsədilə dərhal masamın arxasından çıxıb İsmayıla yaxınlaşdım. İsmayılın sağ biləyindən və boynundan tutub otaqdan dəhlizə çıxarıb tərk-silah etdim. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə İsmayıl Məmmədov növbətçi hissədə saxlanıldı və hadisə ilə bağlı Nizami rayon prokurorluğuna məlumat verildi. Dərhal xidməti otağıma qayıdıb hərəkətsiz vəziyyətdə döşəmə üzərində üzü üstə uzanıb qalmış Xanım Məmmədovaya yaxınlaşaraq onu çevirdim və ağzından qan gəldiyini gördüm. Dərhal qışqırıb təcili tibbi yardıma məlumat verilməsini tapşırdım.

Lakin təcili tibbi yardım maşını gec gələcəyindən Xanım Məmmədova şöbə əməkdaşlarının köməkliyi ilə xidməti avtomobillərin birində xəstəxanaya göndərildi, mən isə şöbədə qaldım. Xanım Məmmədova xəstəxanaya aparılarkən almış olduğu güllə yaralarından yolda öldü”.

Xatırladaq ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü Polis Şöbəsində baş verib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAKIDA POLİS İDARƏSİNDƏ DƏHŞƏT - Polis nəfəri həyat yoldaşını şöbədə güllələyərək öldürüb

    BAKIDA POLİS İDARƏSİNDƏ DƏHŞƏT - Polis nəfəri ...

    30-09-2021, 10:33

  • 
  • Məhkəmə şöbədə arvadını güllələyərək öldürən polislə bağlı qərar verib

    Məhkəmə şöbədə arvadını güllələyərək öldürən ...

    2-10-2021, 10:15

  • 
  • Bakıda polis arvadına altı güllə vurub - YENİLƏNİB/FOTO

    Bakıda polis arvadına altı güllə vurub - ...

    30-09-2021, 14:40

  • 
  • POLİS ARVADINI NİYƏ ÖLDÜRÜB? - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEOLAR

    POLİS ARVADINI NİYƏ ÖLDÜRÜB? - Hadisə yerindən ...

    30-09-2021, 16:00

  • 
  • Kişi orucunu açan arvadı su içərkən güllələdi

    Kişi orucunu açan arvadı su içərkən güllələdi ...

    8-07-2014, 16:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu