Gundemxeber.az » Ölkə » Cəmiyyət » BMT-nin hüquqi yardım etdiyi azərbaycanlı məcburi köçkünlər – RƏQƏMLƏR
“1990-ci ildən bəri BMT Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz torpaqlarından didərgin düşən vətəndaşlara köməklik göstərib”.
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso deyib.
O bildirib ki, 1995-1997-ci illərdən başlayaraq təşkilat qaçqın düşmüş şəxslərə maddi yardımla yanaşı hüquqi yardımlarda da göstərib:
“44 günlük müharibəyə qədər bizim təşkilat tərəfindən 10 mindən çox qaçqın düşmüş şəxsə hüquqi yardım göstərilib”, - deyə o əlavə edib.
BMT nümayəndəsi qeyd edib ki, təmsil etdiyi komissarlıq vətəndaşlığı olmayan və ya vətəndaşlığı təhlükə altında olan şəxslərə də yardım edib.
“Çünki təşkilat tərəfindən vətəndaşlığı olmayan şəxslərin taleyi bizi çox maraqlandırır. 90-cı illərin sonundan bugünkü dövrə qədər 221 nəfər vətəndaşlığı olmayan şəxsə hüquqi yardımlar göstərilib.
Həmin şəxslər hazırda vətəndaşlıq alıb və şəxsiyyət vəsiqələri ilə təmin olunublar”.
Gundemxeber.az
11-12-2017, 10:45
1-04-2014, 10:47
12-02-2018, 10:13
12-02-2020, 11:24
8-01-2018, 17:33
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?