Nazirlər Kabineti vətəndaşlar, daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərar qəbul edib
Nazirlər Kabineti Azərbaycan Respublikasının vətəndaşları, daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərar qəbul edib. "gundemxeber.az"ın məlumatına görə, Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilib. Yeni dəyişikliyə görə, "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilib: "Hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi)".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?