Ağsu rayon Ərəbmehdibəy kəndinin ərazində, kənddən təxminən 10 km aralıda , çölün düzündə Mikayılova Əzəmət Möhübbət qızı adlı tənha bir qadın yaşayır. Ağaclardan özünə çadır düzəldən bu tənha qadına baxan yoxdur. yaşadığı komaya çadır da demək olmaz. Koldan özünə çadır düzəldən bu qadının dediyinə görə, əvvəllər onun mal-qarası olub. Ancaq, aldadaraq əlindən alıblar. Bununla bağlı bir çox qurumlara müraciət etsə də, ona kömək edən olmayıb . 11 ildir ki, bu düzəngahda vəhşi heyvanların əhatəsində yaşayır.
Qadın bidirir ki, Ərəbmehdibəy kəndinin icra nümayəndəsi, o cümlədən bir çox rəsmi şəxslər onun bu şəraitdə yaşamasını görüblə. Ancaq nə fayda ...
Əzəmət Mikayılova gündüzlər yaxınlıqda ocaq qalayıb, ocağın yanında oturaraq qızınır. Gecələr isə adi bir qapısı, sobası olmayan koldan düzəltdiyi çadırda quru torpağın üstünə əlinə keçən nəsə bir şey ataraq soyuqda yatır.
Dostlarımızla həmin ərazidən qayıdanda qarşımıza yaxınlıqda bir sürü çaqqal çıxdı. Çobanların dediyinə görə, ərazidə tez-tez canavar sürüləri görünür. Canavar sürüləri dəfələrlə mal-qaraya xəsarət yetiriblər.
Kimsəsiz bir qadının çöllükdə, vəhşi heyvanların içində yaşamasına dövlət məmurları necə dözürlər? Bu qədər vicdansızlıq , bu qədər zalımlıq olarmı?
Ümid edirəm ki , bu çəkilişdən sonra, yazıq qadına kömək edənlər olacaq.
Sorğu
Yeni dizaynımız necədir?