İndiyədək iki qohumu tərəfindən bıçaqlansa da, sağ qalan 30 yaşlı qadın üçüncü cəhddən sonra öldürüldü
Bakıda qadının qətli ilə bağlı ilkin məlumat yayılıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Əzəmət Quliyeva qısqanclığın qurbanı olub. Üç uşaq anası olan Ə.Quliyevanın başqa şəxslə görüşdüyünü hiss edən qaynı Rəfael Quliyev onu öldürüb.
Dünən çoxsaylı bıçaq zərbələri ilə qanına qəltan edilən qadın bir neçə dəfə ölümlə üz-üzə qalıb. Onu bir dəfə öz qardaşı, sonra isə həyat yoldaşı bıçaqlayaraq məhkum olunublar. Ancaq Ə.Quliyevanı hər iki halda həkimlər xilas ediblər. Dünən isə qaynı Rəfael Quliyevin bıçaq zərbələri qadın üçün son olub. Yaşadığı evdə çoxsaylı bıçaq zərbələri alan Əzəmət canını tapşırıb.
Tutulan R.Quliyev əvvəllər də bir neçə dəfə narkotik cinayəti üstündə məhkumluq həyatı yaşayıb.
09.43
Bakıda 30 yaşlı qadın qaynı tərəfindən öldürülüb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Əzəmət Nurəddin qızı Quliyeva qaynı, 1967-ci il təvəllüdlü Rəfail Balakərim oğlu Quliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?