GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Həsənov ətrafında qızğın müzakirə: o siyasi məhbus sayıla bilərmi? - “Bu gün fərman verən sabah can verir…”

Eldar Həsənov ətrafında qızğın müzakirə: o siyasi məhbus sayıla bilərmi? - “Bu gün fərman verən sabah can verir…”

Tarix: 26-01-2022, 11:49 Bölmə :Cəmiyyət Baxış: 228


“Azərbaycan dilində bir deyim var – “suyu da üfürə-üfürə içmək”. Bəli, mən 20 illik səfir fəaliyyətim dövründə də suyu üfürə-üfürə içmişəm. Çünki fəaliyyətimə daimi olaraq lupa ilə nəzarət olunurdu. Bununla yanaşı, fasilələrlə barəmdə yalanlar, böhtanlar, uydurmalar tirajlandı. Bu gün mənə verilən qondarma ittihamlar bir bəhanədir. Allah rəhmət etsin dahi Bəxtiyar Vahabzadəyə! Onun dediyi kimi:

“Talehim daş atdı, başımı yardı,

Buna daş neyləsin, daş bəhanədir”.


Bu ifadə Azərbaycanın sabiq Baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun məhkəmədəki son sözündən götürülüb. Ötən cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsi onu 10 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş səfir məhkəmədə hökmdən əvvəl geniş son söz söyləyib və hakimlərdən barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. O, hakimiyyət və dövlət qarşısında xidmətlərini sadalayıb, sifarişlə həbs edildiyini vurğulayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və hakimlər onu təqsirkar sayıblar.

İttihamda yazılıb ki, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə dair əsaslı şübhələr var.

Gundemxeber.Az -ın məlumatına görə, hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Eldar Həsənovun məhkəmə prosesi üzrə mediada gedən məlumatlardan onun ittiham edildiyi cinayət əməlləri üzrə təqsirinin tam sübuta yetirilməsi təsdiq olunmur: “Bu baxımdan belə hesab edirəm ki, onun barəsində çıxarılan məhkəmə hökmünün qanuniliyi və ədalətliliyi daxili hüquqi müdafiə vasitələrində və Avropa Məhkəməsində mühahisələndirilə bilər. Eyni zamanda, nəzəri baxımdan hesab etsək ki, onun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsiri sübut olunub, bu halda da ona 10 azadlıqdan məhrumetmə cəzasının verilməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, onun ittiham olunduğu maddələrdən yalnız birində – CM-nin 193-1.3.2.-ci maddəsində yüksək cəza – 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə olan halda onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ədalətsizdir. Çünki bu adamın dövlət qarşısında xidmətləri olub, uzun müddət ölkənin Baş prokuroru, səfir kimi fəaliyyətləri olub, yəqin ki, müəyyən müsbət təltifləri olub və s. Bunlarla yanaşı onun sağlamlığında ciddi problemlər var. Məhkəmə heç olmasa, bunları nəzərə alıb ona nisbətən yüngül cəza təyin edə bilərdi. Bütün bunlarla yanaşı, eyni xarakterli əməllərə görə digər şəxslərə daha yüngül cəza təyin edilirsə və həmin şəxslər bir müddətdən sonra hansısa səbəblərdən azadlığa çıxırlarsa, əvəzində Eldar Həsənov nisbətən daha ağır cəza ilə cəlalandırılısa, bu, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir”.

Hökmdən sonra Eldar Həsənovun siyasi məhbus hesab edilib-edilməməsi ilə bağlı cəmiyyətdə ziddiyyətli fikirlər var. Bir qrup ictimai fəal hesab edir ki, o, heç bir halda siyasi məhbus hesab edilə bilməz. Onlar E.Həsənovun Baş prokuror olduğu 1995-2000-ci illərdə müxalifətə, mətbuata, ictimai fəallara qarşı həyata keçirilən repressiyaları yada salırlar. Həsənov hakimiyyətin təqib-təzyiq siyasətinin mərkəzi fiquru olub, onun karyerasında saysız hesabsız qanunsuz, əsassız, siyasi sifarişlə irəli sürülmüş ittihamnamələr var ki, bununla yüzlərlə siyasi fəalın həyatı alt-üst edilib.

DİA.AZ-ın məlumatına görə, araşdırmaçı jurnalist Xədicə İsmayıl Pressklub.az-a bildirib ki, Eldar Həsənov siyasi məhbus deyil, çünki siyasi məhbus meyarlarına cavab vermir: “Bütün məhkəmələrdə olduğu kimi, onun məhkəmə prosesində də pozuntular olub. Onun pozulan haqlarını yəqin ki, Avropa Məhkəməsi tanıyacaq. Amma mən bu pozuntuların siyasi motivli olduğunu düşünmürəm. Hesab edirəm ki, bunlar Azərbaycan məhkəmə sisteminin xarakterik problemlərindən irəli gəlib. Yəni bütün məhbuslara qarşı yol verilən pozuntular Eldar Həsənova qarşı da olub. Həsənova qarşı irəli sürülən ittihamlarda onun qanunsuz ödənişlər etdiyi bildirilir və keçmiş Baş prokurorun cavabı bundan ibarətdir ki, “tapşırdılar, elədim”. Bu, onu cinayət məsuliyyətindən azad etmir. Düşünürəm ki, ona qarşı günahsız olduğu halda ittihamlar irəli sürülməyib”.

Araşdırmaçı jurnalist qeyd edir ki, E.Həsənovun ayrı-seçkiliyə məruz qalması, barəsində həddindən artıq ağır cəza kəsilməsi barədə deyilənlər də mübahisəli məsələdir: “Başqa məmurlar da var ki, ona qarşı daha ciddi ittihamlar olduğu halda yüngül cəzalar kəsilib. Amma minlərlə başqa vətəndaşlar da var ki, onlara qarşı daha yüngül cinayət tərkibli əməllərə rəğmən ağır cəzalar verilib. Yəni burada pozitiv diskriminasiyaya məruz qalanlar başqa məmurlardır, Eldar Həsənov deyil. O, günahsız deyil, burada cəzasının ağır və ya yüngül olması ilə bağlı arqument işləmir. Çünki bu, ədalətli arqument deyil. Ona görə də düşünmürəm ki, E.Həsənovu siyasi məhbus hesab edə bilərik. Onun indiyə kimi həbs olunmamasında siyasi motiv ola bilər, bu, məsələyə hansı tərəfdən baxmağımızdan asılır. Məncə, Həsənovun indiyə kimi həbs olunmamasının özü qanunsuzdur”.

Xədicə İsmayıl vurğulayıb ki, E.Həsənovun siyasi məhbus adına iddialı olması da qəribədir: “Bu işin mənəvi tərəfinə gəldikdə, E.Həsənov cəzasını vaxtı ilə ölüm hökmü verilməsinə çalışdığı və nail olduğu adamların ömürlük cəza çəkdiyi Qobustan həbsxanasında çəkməyəcək. O adamlar hələ də sağdır, artıq neçə onillikdir həbsdədirlər. Yaxşı olardı ki, E.Həsənovu həmin cinayətlərə görə də mühakimə eləsinlər. O adamların işində hələ də ədalət gözlənmir, onlardan 3 nəfərin adı siyasi məhbus siyahısındadır. Həmin şəxslər ömürlərinin sonuna qədər cəzanı çəkməli olacaqlar və onlara bu cəza E. Həsənovun Baş prokuror olduğu dövrdə verilib. Bu, indi yadımıza düşən ən ağır ittihamlardan biridir. Kim bilir, yüzlərlə belə insan olub ki, E.Həsənovun günahı, qərəzi, hakim rejimə xidməti ucbatından indi həbsdədir. Onun siyasi məhbusluq barədə danışması ayıbdır. Özü siyasi motivlərlə nə qədər ittihamlar irəli sürüb…”

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmsədri Rüfət Səfərov isə Pressklub.az-a bildirib ki, Eldar Həsənovun həbs edildiyi gündən etibarən onun işini nəzarətdə saxlayırlar: “Məhkəmədə birbaşa iştirak etməyə imkan verilməsə də, müdafiəçilər və azad media vasitəsilə baş verənlər barədə əhəmiyyətli məlumatlar toplaya bildik. Qənaətimiz budur ki, ibtidai istintaqda olduğu kimi məhkəmə araşdırması da tam, obyektiv və hərtərəfli aparılmadı, işin ədalətli həlli baxımından müdafiəçilərin verdikləri haqlı vəsatətlərin heç biri təmin edilmədi. Paralel olaraq, təqsirləndirilən şəxs Eldar Həsənovun səhhətinin son dərəcə ağır olmasına, məhkəmə iclaslarına xərəkdə aparılıb-gətirlməsinə baxmayaraq, mühakimə davam etdirildi”.

Hüquq müdafiəçisi əlavə edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun müraciəti üzrə müvəqqəti tədbir haqqında 3 qərar qəbul etsə də (Eldar Həsənova bütün zəruri, yüksək ixtisaslı , o cümlədən stasionar qaydada tibbi yardım göstərillməsi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsi) Azərbaycan tərəfi buna məhəl qoymayıb: “Eldar Həsənovun barəsində ittiham hökmü çıxarıldıqdan sonra hüquq müdafiəçi olaraq onun siyasi yüklü cinayət təqibinə məruz qaldığını, siyasi məhbus olduğunu bəyan etdim, buna görə Həsənovun Baş prokuror kimi fəaliyyət göstərdiyi dövrdə çoxsaylı qanunsuzluqlarından əziyyət çəkən insanlar, ümumiyyətlə, böyük əksəriyyət məni qınadı. Şübhəsiz, o fikrə ortaqlıq edirəm ki, Həsənov hüquq mühafizə orqanlarında işlədiyi dövrdə repressiv rejimin qulluğunda olub, siyasi yüklü ittihamların müəllifi olub. Lakin məsələ budur ki, bu gün o, həmin dövrdə qeydə alınmış qanunazidd hallar üzrə deyil, səfir kimi işlədiyi yerlərdə guya korrupsiya cinayətləri üzrə mühakimə olunur. Sual olunur, onunla birlikdə mühakimə olunan Fərhad Mollazadə və digərlərinin barəsində ibtidai istintaq dövründə həbslə əlaqədar olmayan qətimkan tədbir seçilir, şərti qaydada məhkum olunur, amma Həsənov həbsdə qalır, 10 il müddətinə azadlıqdan məhrum edilir? Bir halda ki, cinayətin obyekti, obyektiv və subyektiv cəhəti eyniyyət təşkil edilir, niyə Mollazadə və digərləri bu gün cəmiyyət arasındadır, amma Həsənov təcrid olunub? Bu kimi suallar çoxdur”.

R,Səfərov qeyd edib ki, “Müdafiə Xətti” olaraq problemə siyasi-strateji yox, cari-hüquqi müstəvidə baxır, AŞPA-nın siyasi məhbus anlayışı ilə bağlı müəyyən etdiyi meyarlara istinad edirlər: “Eldar Həsənov deyir ki, “həbs olunduqadan sonra yanıma gəldilər, bildirdilər ki, bəzi müxalifətçilər barədə ifadə ver, səni azadlığa buraxaq”. Təkcə bu fakt kifayət edir ki, Həsənovun məruz qaldığı cinayət təqibinin siyasi olduğunu deyək”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq

    Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq ...

    18-09-2020, 12:00

  • 
  • Əməkdar artistin qızı onları polisə verdi: “Dilinizə sahib çıxın!”

    Əməkdar artistin qızı onları polisə verdi: ...

    11-04-2018, 13:06

  • 
  • Eldar Həsənov: “Baş verənlər bir anlaşılmamazlıqdır” - HƏBSDƏKİ SABİQ BAŞ PROKURORDAN İLK AÇIQLAMA GƏLDİ

    Eldar Həsənov: “Baş verənlər bir ...

    17-08-2021, 11:21

  • 
  • Eldar Həsənovun apelyasiya şikayəti təmin edilmədi

    Eldar Həsənovun apelyasiya şikayəti təmin edilmədi ...

    22-09-2020, 14:00

  • 
  • Eldar Həsənovun şikayəti ilə bağlı məhkəmə qərarı elan edildi

    Eldar Həsənovun şikayəti ilə bağlı məhkəmə qərarı ...

    20-08-2020, 21:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu