Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva 2 nəfəri polisə verib.
Bu barədə Aynişan özü instaqramda məlumat verib:
“Bu ay ünvanıma etdiyi təhqir və böhtana görə düz 2 sosial media istifadəçisini polisə vermişəm. Çox şükür ki, nəinki özü, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və mənim ailəm həmişə suyu belə üfürə-üfürə içmişik. Heç kimə ixtiyar vermirik bizim adımızı durduq yerə hallandırsın. Özündən şər-böhtanlar uydurub ünvanımıza səsləndirsin və ya təhqir etsin. Orda-burda yazdıqlarınızı sağ olsun ki, dostlar skrinşot vasitəsi ilə bizə göndərirlər. Şərh yazan insanın kimliyi bir neçə saat ərzində müəyyənləşir.
Lazımı qurumlar bu məsələlərə lazımı həssaslığı göstərib haqqımızın tapdalanmağına icazə vermirlər. Sonradan üzürlər istəyib, əhv diləməkdənsə dilinizə sahib çıxın! Mən və ailəm üçün reputasiyamız çox önəmlidir, ona kölgə gətirmək istəyən hər kəs lazımı cəzanı alıb və alacaq!”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?